4 MART 2019
YENİLİKLƏR
Dillərin sayına düzəliş edilib
Saytımızda yer alan nəşrlərin dillərini saymaq üsuluna düzəliş edilib. «Öz dilinizi seçin» adlı çərçivədə göstərilən dillərin sayına yalnız qrafikası fərqli olan dillər artıq əlavə edilmir. Məsələn, serb (kirill) və serb (latın) dilləri indi iki yox, bir dil kimi hesablanır. Nəticədə, «Öz dilinizi seçin» adlı çərçivədə göstərilən dillərin sayı azaldılıb. Eyni dəyişikliklər «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI»nda və «JW Library» proqramında da tədbiq ediləcək.