Kontentə keç

Nəyə görə Yehovanın Şahidləri Milad bayramını qeyd etmir?

Nəyə görə Yehovanın Şahidləri Milad bayramını qeyd etmir?

Geniş yayılmış yanlış fikirlər

 Səhv. Yehovanın Şahidləri İsa Məsihə inanmadıqları üçün Milad bayramını qeyd etmirlər.

 Doğru. Biz məsihçiyik və inanırıq ki, yalnız İsa Məsih vasitəsilə xilas olmaq olar (Həvarilərin işləri 4:12).

 Səhv. İnsanlara Milad bayramını qeyd etməməyi öyrətməklə siz ailələri parçalayırsınız.

 Doğru. Bizim üçün ailə dəyərləri çox vacibdir və biz Müqəddəs Kitabdan istifadə etməklə insanlara ailələrini möhkəmləndirməyə kömək edirik.

 Səhv. Siz Milad bayramına xas olan səxavətlilik, sülhpərvərlik və xeyirxahlıq ruhundan özünüzü məhrum edirsiniz.

 Doğru. Biz hər gün insanlara qarşı səxavətli və sülhpərvər olmağa çalışırıq (Süleymanın məsəlləri 11:25; Romalılara 12:18). Misal üçün, yığıncaqlarımızı necə keçirməyimiz və necə təbliğ etməyimiz İsa peyğəmbərin «təmənnasız almısınız, təmənnasız da verin» nəsihətinə uyğundur (Matta 10:8). Bundan əlavə, biz təbliğ edirik ki, yer üzündə həqiqi sülhü yalnız Allahın Padşahlığı yaradacaq.

Nəyə görə Yehovanın Şahidləri Milad bayramını qeyd etmirlər?

  •   İsa əmr etmişdi ki, biz onun doğum gününü yox, ölüm gününü qeyd edək (Luka 22:19, 20).

  •   İsanın həvariləri və ilk davamçıları Milad bayramını qeyd etmirdilər. «Yeni katolik ensiklopediyası»na əsasən, «Milad ziyafəti vermək adəti ən tezi [b.e.] 243-cü ilində», yəni sonuncu həvarinin ölümündən bir əsrdən çox vaxt keçəndən sonra təsis edilmişdi.

  •   İsanın dekabrın 25-də doğulduğuna dair heç bir sübut yoxdur; onun doğum tarixi Müqəddəs Kitabda qeyd edilməyib.

  •   Biz inanırıq ki, Allah Milad bayramını bəyənmir, çünki onun kökləri bütpərəst ayin və adət-ənənələrə gedib çıxır (2 Korinflilərə 6:17).

Nəyə görə siz hamı ilə ayaqlaşmırsınız?

 Baxmayaraq ki bir çoxları Miladın kökünün bütpərəstliyə gedib çıxdığını və Müqəddəs Kitaba əsaslanmadığını bilirlər, amma yenə də onu qeyd edirlər. Belə insanlar soruşa bilərlər: «Nəyə görə məsihçilər hamıdan fərqlənməlidirlər? Məgər bu məsələ bu qədər ciddidir?»

 Müqəddəs Kitab öz yerimizə fikirləşməyə, yəni zehnimizi işə salmağa təşviq edir (Romalılara 12:1, 2). Müqəddəs Kitab bizə həqiqəti qiymətləndirməyi öyrədir (Yəhya 4:23, 24). Başqalarının bizim haqqımızda nə fikirləşdiyi bizə maraqlıdır, amma insanları razı salmaqdan ötrü Allahın qanunlarını pozan deyilik.

 Milad bayramını qeyd etməsək də, hər kəsin bu məsələ ilə bağlı verdiyi qərara hörmətlə yanaşırıq. Biz başqalarının Milad bayramını qeyd etməsinə qarışmırıq..