Kontentə keç

Soldan sağa: Kişta Tutinova, Tsaqan Xalqayeva və Yekaterina Menkova

28 İYUN 2024
RUSİYA

Kalmıkiya Respublikasında üç bacımız məhkum olundu

Kalmıkiya Respublikasında üç bacımız məhkum olundu

2024-cü il 24 iyun tarixində Kalmıkiya Respublikasının Elista Şəhər Məhkəməsi Tsaqan Xalqayeva, Yekaterina Menkova və Kişta Tutinova bacıları təqsirli bilib məhkum etdi. Tsaqan və Yekaterina bacı iki il müddətinə şərti həbs cəzasına məhkum edildi. Kişta bacı isə üç il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsxanaya salınmayacaq.

Bacılar barədə məlumat

Dindaşlarımızın iman nümunələri bizim üçün dəyərlidir. Minnətdarıq ki, Yehova üzləşdiyimiz bütün sınaqları görür və göstərdiyimiz sədaqəti mükafatsız qoymayacaq (Zəbur 37:18).

Hadisələrin gedişatı

  1. 16 fevral 2023-cü il

    Kişta barəsində cinayət işi açılır

  2. 28 fevral 2023-cü il

    Evlərdə axtarış aparılır. Kişta müvəqqəti saxlama kamerasına salınır

  3. 1 mart 2023-cü il

    Tsaqan onun barədsində cinayət işi açıldığı üçün işdən çıxarılır. Kişta müvəqqəti saxlama təcridxanasından azad edilir və ev dustaqlığına salınır

  4. 21 iyul 2023-cü il

    Kişta ev dustaqlığından azad olunur

  5. 19 dekabr 2023-cü il

    Yekaterina və Tsaqan barəsində cinayət işi açılır. Hər ikisindən başqa yerə getməmək barədə iltizam alınır

  6. 9 fevral 2024-cü il

    Kiştadan başqa yerə getməmək barədə iltizam alınır

  7. 1 aprel 2024-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır

  8. 24 iyun 2024-cü il

    Məhkum olunurlar və onlara şərti həbs cəzası kəsilir