Kontentə keç

Madaqaskarın cənub-şərq sahillərində şiddətli külək və daşqınların səbəb olduğu dağıntılar

17 FEVRAL 2022
MADAQASKAR

«Batsirai» siklonu Madaqaskarı viran qoyub

«Batsirai» siklonu Madaqaskarı viran qoyub

6 fevral 2022-ci il tarixində Madaqaskarın cənub-şərq sahillərində «Batsirai» siklonu tüğyan edib. Küləyin surəti saatda 235 kilometrə çatırdı. Dağıdıcı qasırğa minlərlə insanı evlərini tərk etməyə vadar edib. Şiddətli daşqın suları ərazidə böyük dağıntılar törədib.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən və xəsarət alan yoxdur.

  • 407 təbliğçi təxliyə edilib.

  • 35 evə cüzi ziyan dəyib.

  • 19 evə ciddi ziyan dəyib.

  • 35 ev dağılıb.

  • 4 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Filial komitəsi 20 Zərərçəkənlərə yardım komitəsi təyin edib.

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar bacı-qardaşlara ruhani yardım göstərir. Qardaşlar zərərçəkənləri müvəqqəti sığınacaq yerləri və ərzaqla təmin edir, eləcə də lazım olan digər yardımı göstərirlər.

  • Yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Biz şübhə etmirik ki, bu keşməkeşli günlərdə Yehova bacı-qardaşlar üçün sığına biləcəkləri qala olacaq (Zəbur 18:2).