Kontentə keç

15 AVQUST 2022
KAMERUN

Bulu dilində «İncilin Yeni Dünya Tərcüməsi» buraxıldı

Bulu dilində «İncilin Yeni Dünya Tərcüməsi» buraxıldı

6 avqust 2022-ci il tarixində Kamerun filialının komitə üzvü Jil Mba Bulu dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan etdi. Təbliğçilər əvvəlcədən yazıya alınmış proqramın yayımına baxdılar. Kitab elektron formatda buraxılıb. 2023-cü ildə kitabın çap formatda buraxılacağı gözlənilir.

Bulu tərcümə ofisi (Kamerun, Ebolova)

Bulu dilində Müqəddəs Kitabın başqa tərcümələri olsa da, onlar çox bahadır. Bəzilərində köhnəlmiş dildən istifadə olunub və Allahın adı çıxarılıb. Bundan əlavə həmin tərcümələrdə Müqəddəs Kitabın bir çox parçaları orijinal mətndə olduğu kimi dəqiq tərcümə olunmayıb. Məsələn, bulu dilində olan bəzi tərcümələrdə «Allahın Padşahlığı» ifadəsi «Allahın tayfası», «Allahın qəbiləsi» yaxud «Allahın ölkəsi» kimi tərcümə olunub. Amma «İncilin Yeni Dünya Tərcüməsi»ndə «Padşahlıq» sözündən istifadə olunub. Bunun sayəsində insanlara Allahın Padşahlığının göydən Allah tərəfindən idarə olunan hökumət olduğunu izah etmək asan olacaq.

Tərcümə qrupunun bir üzvü deyir: «Bu tərcümə sayəsində Müqəddəs Kitab təlimlərini insanlara dəqiq şəkildə çatdıracağımıza əminik».

İnanırıq ki, bulu dilində «İncilin Yeni Dünya Tərcüməsi»nin vasitəsilə bacı-qardaşlar «Allaha ehtiyacı olduğunu dərk edənlər»ə kömək edə biləcəklər (Mətta 5:3).