10 MAY 2022
İSRAİL
«Yeni Dünya Tərcüməsi» bütöv şəkildə müasir ibrani dilində işıq üzü gördü
Bu yaxınlarda İsrail filialının ərazisindəki bütün ibranidilli yığıncaqlara məlumat verildi ki, 2022-ci il mayın 2-dən «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni bütöv şəkildə müasir ibrani dilində elektron formatda yükləmək mümkün olacaq. Kitabın çap versiyası 2022-ci ilin sentyabrında hazır olacaq.
Bu nəşr 2020-ci ildə buraxılmış Tövratın tərcüməsini və İncilin yenidən işlənmiş tərcüməsini özünə daxil edir. İlk dəfədir ki, müasir ibrani dilində «Yeni Dünya Tərcüməsi» bütöv şəkildə bir cilddə çıxır. Tövratın müasir ibrani dilində olan bu tərcüməsi oxuculara hazırda çətin başa düşülən qədim mətnin mənasını anlamağa kömək edir.
Tərcümə qrupunun bir üzvü deyir: «Müqəddəs Kitabın, xüsusilə də, Tövratın müasir ibrani dilinə olan tərcümələri çətin tapılır. Buna görə də “Yeni Dünya Tərcüməsi”nin bütöv şəkildə çıxması bizi çox sevindirir. Bu kitabın gözəl xüsusiyyətləri, ələlxüsus da, çarpaz istinadlar Müqəddəs Kitabı dərindən başa düşməyə kömək edəcək».
Tərcümə qrupunun digər üzvü deyir: «Bu hədiyyəyə görə Yehovaya minnətdarıq. Həm Yehovanın Şahidləri, həm də ibranidilli digər insanlar bu kitabın sayəsində səmavi Atamızla yaxın, sıx münasibət qura biləcəklər» (Yaqub 4:8).