Kontentə keç

8 NOYABR 2019
FİLİPPİN

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Filippin, Manila)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Filippin, Manila)
  • Tarix: 1—3 noyabr 2019-cu il

  • Məkan: «Mall of Asia Arena» və «SMX» toplantı mərkəzi (Filippin, Manila)

  • Proqramın dilləri: ingilis, taqal

  • İştirakçıların ən yüksək sayı: 26245

  • Vəftiz olunanların ümumi sayı: 145

  • Beynəlxalq nümayəndələrin sayı: 5397

  • Dəvət olunmuş filiallar: Avstralaziya, Mərkəzi Avropa, Fransa, İndoneziya, İtaliya, Yaponiya, Qazaxıstan, Madaqaskar, Malayziya, Myanma, Papua-Yeni Qvineya, Solomon Adaları, Cənubi Afrika Respublikası, Şri-Lanka, Tayvan, Tailand, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisələr: «Mall of Asia Arena»nın müştəri xidmətləri üzrə regional meneceri Rohelyo Holonqbayan deyib: «Siz indiyədək əməkdaşlıq etdiyimiz ən mütəşəkkil qrupsunuz. Sizi bizim arenada görmək çox xoş idi».

    Briqada generalı və polis rəisi olan Nolasko Batan deyib: «Nümayəndələr toplantı məkanına nizam-intizamla daxil olurdular. Hər şey belə təşkil olunanda bizə ehtiyac olmur».

    «Manila» hotelinin təhlükəsizlik menecerinin köməkçisi kiçik Teofilo Labe nümayəndələrin ekskursiyaya yola düşmələrinə nəzarət etmək üçün təyin olunmuşdu. Onları bir qədər müşahidə edəndən sonra o deyib: «Əgər rəhbərlik sizin ekskursiyaya yola düşməyinizə qiymət verməyi xahiş etsəydi, sizə ən yüksək qiyməti verərdim. Siz çox mütəşəkkil qrupsunuz».

 

Yerli bacı-qardaşlar nümayəndələri Filippin Beytelində salamlayır

Toplantıdan əvvəl bacı-qardaşlar dəvətnamə paylayırlar

Toplantıdan əvvəl dörd filial nümayəndəsi mətbuat konfransında müxbirlərin suallarına cavab verir

Toplantı iştirakçıları toplantı məkanının qarşısında

Beynəlxalq nümayəndələr və yerli təbliğçilər birgə şəkil çəkdirir

Bacı-qardaşlar toplantı zamanı həmd nəğməsi ifa edirlər

Şənbə günü vəftiz olunan iki nəfər

Rəhbərlik Şurasının üzvü Mark Sanderson şənbə günü yekun nitqlə çıxış edir

Dəvət olunmuş xüsusi tamvaxtlı xidmətçilər toplantının son günü Mark Sandersonun durduğu səhnədə və onun ətrafında toplaşıblar

Axşam tədbirində bacı-qardaşlar tiniklinq adlı Filippin xalq rəqsini ifa edirlər