21 MART 2024
DÜNYADAN XƏBƏRLƏR
Boliviya və Kolumbiyada keçirilən xüsusi kampaniyada minlərlə insan xoş xəbəri eşitdi
2023-cü il noyabrın 1-dən 2024-cü il yanvarın 31-nədək Boliviya və Kolumbiyada keçirilən xüsusi kampaniyada 19 000-dən çox təbliğçi iştirak edib. Kampaniya zamanı müjdə ispan dilində, həmçinin Boliviya və Kolumbiya jest dilləri də daxil olmaqla, daha 18 dildə təbliğ edilib.
İspandilli bir qardaş Kolumbiyanın Qvadalupe şəhərində ev-ev təbliğ edərkən bir qadın salam verdi və dedi: «Biz sizi gözləyirdik!» Bu, qardaşı çox təəccübləndirdi. Qadın izah etdi ki, bir neçə gün əvvəl yoldaşı ilə dini bayramları qeyd edib-etməməklə bağlı söhbət edirdilər. Yoldaşı deyib ki, Yehovanın Şahidlərinin yaxınlıqda təbliğ etdiklərini görüb. Əri əmin idi ki, Şahidlər tezliklə onların da qapısını döyəcək və suallarına cavab verəcəklər. Təbliğçilər məmnuniyyətlə onların suallarına Müqəddəs Kitab vasitəsilə cavab verdi və bundan sonra da bu ailə ilə əlaqə saxlanılması üçün tədbir gördülər.
Boliviyanın Kuatro Kanyadas şəhərində təbliğ edən iki bacımız mağazanın həyətində Migelina adlı bir qadınla söhbət etmişdilər. Biləndə ki, bu yaxınlarda qadının yaxın adamı vəfat edib bacılar ona Vəhy 21:3, 4 ayələrini oxudular. Migelina Müqəddəs Kitab haqda daha çox öyrənmək istədiyini bildirib. Lakin o, ucqar ərazidə yaşayır və telefonu yoxdur. Bir neçə gün sonra elə bu şəhərin kənarında həmin iki bacımız ev-ev təbliğdə gənc bir qadınla söhbət edirdilər. Gözlənilmədən, onun evindən Migelina da çıxdı. Bacılar biləndə ki, söhbət etdikləri qadın Migelinanın qızı imiş çox təəccübləndilər. Onların hamısı çox sevindi. Bacılar tədbir gördülər ki, bu ailə ilə Müqəddəs Kitab dərsləri keçirilsin.
Əminik ki, Yehova dindaşlarımızın bu kampaniyada çəkdikləri zəhməti çox dəyərləndirir və bundan sonra da «səma altında yaşayanların hamısına təbliğ» edən xalqına bol nemətlər verəcək (Koloslulara 1:23).