Kontentə keç

12 MAY 2023
ÇEXİYA RESPUBLİKASI

Çex dilində «Gözətçi qülləsi»nin yüzilliyi

Çex dilində «Gözətçi qülləsi»nin yüzilliyi

2023-cü ilin yayında «Gözətçi qülləsi»nin çex dilində ilk nəşrinin işıq üzü görməsinin yüz ili tamam olur. 1923-cü ildə tərcümə işi başlayanda Çexoslovakiyada cəmi 30 dindaşımız var idi. Bu gün Çexiya Respublikasında 16 000-dən çox Yehovanın Şahidi fəal şəkildə təbliğ edir.

Yarmila Halova bacı

Təbliğçilər 100 il ərzində çoxlu çətinliklərlə üzləşsələr də, Çexoslovakiyanın 1948—1989-cu illərdə kommunist rejimi altında keçən 40 ili xüsusilə ağır olub. Həmin müddətdə «Gözətçi qülləsi» gizli şəkildə tərcümə və çap edilirdi. Tərcüməçilərin, korrektorların və nəşriyyatçıların kimliyi gizli saxlanılırdı. Bununla belə, Yehovanın bu işə necə kömək etdiyini gördükcə tərcümə işində iştirak edənlərin imanı daha da möhkəmlənirdi. Uzun illər «Gözətçi qülləsi»ni çex dilinə tərcümə edən Yarmila Halova bacı deyir: «Tam əminəm ki, Yehova xidmətçilərinin qeydinə qalır, nəşrlərimiz buna bir sübutdur. Mən də tərcümə işində payım olduğuna görə çox sevinirəm, bu mənim üçün şərəfdir. Hələ də o illərin gözəl xatirələrini anıram, tərcümə işi mənim həyatıma rəng qatıb, onu zənginləşdirib».

Solda: Qorni Bludoviçedəki çexdilli tərcümə ofisi. Sağda: Qavirjovdakı çex jestdilli tərcümə ofisi

Hal-hazırda Müqəddəs Kitaba əsaslanan nəşrlərimizi və videolarımızı çex və çex jest dilinə tərcümə edən 20-dən çox bacı-qardaş var. Tərcüməçilər Qavirjov və Qorni Bludoviçedə yerləşən iki tərcümə ofisində işləyirlər.

Son 100 il ərzində çex dilində «Gözətçi qülləsi» vasitəsilə verdiyi ruhani qidaya görə Yehovaya çox minnətdarıq! (Məsəllər 10:22).