Kontentə keç

17 YANVAR 2020
CƏNUBİ KOREYA

Cənubi Koreyada əqidə məhbusları üçün xüsusi amnistiya

Cənubi Koreyada əqidə məhbusları üçün xüsusi amnistiya

31 dekabr 2019-cu il tarixində Cənubi Koreya hökuməti bu yaxınlarda həbsxanalardan azad edilmiş 1879 əqidə məhbusu üçün xüsusi amnistiya elan edəcəyini bildirib. Qardaşlarımızın məhkumluğu götürülməsə də, hökumət onların üzərinə qoyulmuş məhdudiyyətləri ləğv edəcək. Bu xüsusi amnistiya əqidəyə görə hərbi xidmətdən imtinanın cinayət yox, hüquq olduğunu tanıyan Konstitusiya və Ali Məhkəmələrin 2018-ci il tarixli qərarlarının son müsbət nəticəsidir.

Cənubi Koreyada həbs müddətləri bitmiş məhkumlara beş il ərzində müəyyən məhdudiyyətlər qoyulur. Əqidə məhbuslarının üzərində məhkumluq olduğu üçün hökumət həmin məhdudiyyətləri qardaşlarımıza da tətbiq edirdi. Bu səbəbdən qardaşlarımız dövlət lisenziyaları üçün imtahanlarda iştirak edə və müəyyən işlərə düzələ bilmirdilər.

Cənubi Koreyanın Məlumat xidmətinin nəzarətçisi De-il Hon deyir: «Bu məhdudiyyətləri ləğv etdiyi üçün hökumətə çox minnətdarıq. Bu qərar dini əqidələrinə görə hərbi xidmətdən imtina etdikləri üçün həbs cəzası verilmiş kəslərin cinayətkar olmadıqlarının tam tanınması istiqamətində hökumətin atdığı daha bir addımdır».

Ümidvarıq, bu, Cənubi Koreya hökumətinin son müsbət qərarı olmayacaq. Bütün bunlara görə şana və şərəfə Ali Qanunvericimiz Yehova Allah layiqdir (Vəhy 4:11).