13 DEKABR 2018
BİRLƏŞMİŞ ŞTATLAR
Yehovanın Şahidləri Bruklindəki sonuncu əmlaklarını satdı
12 dekabr 2018-ci il tarixində Yehovanın Şahidləri Bruklində yerləşən keçmiş baş idarələrinin son əmlakını satdı. «30 Front» kimi də tanınan «Van York» küçəsində yerləşən bu əmlak Fortis Dambo Akquizişn (Fortis Dumbo Acquisition, LLC) şirkəti tərəfindən alındı. Yehovanın Şahidləri 2004-cü ildən bəri Bruklindəki 37 əmlaklarını satıblar.
Yehovanın Şahidləri 1977-ci ildə «York Strit» sahəsini alandan sonra buranı keçmiş baş idarədə işləyən heyət üçün maşın dayanacağı kimi istifadə edirdi. Həmin boş ərazi (şəkildə işarələnmiş) tarixi DUMBO bölgəsində yerləşir, «Bruklin» körpüsü (Brooklyn Bridge) və «Bruklin-Kuins Ekspressvey»lə (Brooklyn-Queens Expressway) həmsərhəddir.
Yehovanın Şahidləri 100 ildən artıq idi ki, Müqəddəs Kitaba əsaslanan maarifləndirmə işlərini Bruklindəki baş idarədən həyata keçirirdilər. 2016-cı ildən bəri isə ümumdünya işlərinə Uorvikdəki (Nyu-York) yeni dünya baş idarələrindən nəzarət edirlər.
KİV üçün: İctimai əlaqələr şöbəsi, tel.: +18455243000