Kontentə keç

Mündəricatı göstər

Yan Zabolotnyi/stock.adobe.com

OYAQ QALIN!

Qanunsuzluq baş alıb gedir. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Qanunsuzluq baş alıb gedir. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Cinayətkar dəstələrin törətdiyi zorakılıq Haitini ağuşuna alıb. Cənubi Afrikada, eləcə də Meksikada və Latın Amerikasının digər ölkələrində dəhşətli cinayətlər törədilir. Hətta cinayətkarlığın səviyyəsinin aşağı düşdüyü ərazilərdə belə oğurluq hadisələri ilə bağlı xəbərlərə görə əhali təşviş içindədir, narahatdır.

 Bütün dünyanı bürüyən qanunsuzluq barədə Müqəddəs Kitabda nə deyilir?

Müqəddəs Kitabda qanunsuzluq barədə nə deyilir?

 Müqəddəs Kitabda əvvəlcədən deyilmişdi ki, qanunsuzluq «dövrün yekununa əlamət» olan hadisələrdən biri olacaq (Mətta 24:3). Həmin əlamətə daxil olan hadisələri təsvir edərkən İsa Məsih demişdir:

  •    «Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət soyuyacaq» (Mətta 24:12).

 Müqəddəs Kitabda həmçinin yazılmışdı ki, axırzamanda insanlar «özünə hakim olmayan, zalım, yaxşılığın düşməni» olacaqlar (2 Timutiyə 3:1—5). Bu cür xudbin xüsusiyyətlərə sahib olan insanlar ucbatından dünyada qanunsuzluğun səviyyəsi daha da artıb.

 Amma hər birimiz üçün ümid işığı var. Müqəddəs Kitabda vəd edilib ki, tezliklə qanunsuzluğun kökü kəsiləcək.

  •    «Az qalıb! Artıq pis adam olmayacaq, yerinə baxacaqsan, o, yoxdur. Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11).

 Görün Müqəddəs Kitab gələcək barədə hansı ümidi verir və bugünkü hadisələrin gedişatı peyğəmbərliklərə əminliyimizi necə artırır. Növbəti məqalələrə baxın.

 «Gözəl gələcəyə real ümid»

 «Axırzamanda yaşayırıq?»

 «Müqəddəs Kitabda bizim dövrdə insanların necə olacağı peyğəmbərlik edilib?»