Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Keşməkeşli dövrdə xoşbəxt olmaq mümkündür? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Keşməkeşli dövrdə xoşbəxt olmaq mümkündür? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Bu keşməkeşli dövrdə beş dəqiqədən sonra başımıza nə gələcək bilmirik. Amma xoşbəxtliyimiz çox vaxt vəziyyətimizdən yox, vəziyyətə münasibətimizdən asılıdır. Müqəddəs Kitabda deyilir ki, bütün problemlərə rəğmən «könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15). Daha xoşbəxt olmaq üçün nə edə bilərik? Görün Müqəddəs Kitabdakı məsləhətlər sizə necə kömək edə bilər.

Narahatlıqla mübarizə

 Müqəddəs Kitabda deyilir: «Nigarançılıq ürəyi sıxar, xoş söz könlü şad edər» (Məsəllər 12:25).

Tənhalıqla mübarizə

 Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

Allaha və insanlara məhəbbət yetişdirin

 Müqəddəs Kitabda deyilir: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev... Başqasını özünü sevdiyin kimi sev» a (Mətta 22:37—39)

  •   Dua bizə Allaha məhəbbət yetişdirməyə kömək edir. Bu haqda ətraflı məlumat almaq üçün «Allah duaları eşidir?» adlı məqaləni oxuyun.

  •   İnsanlarla İsanın dediyi kimi davrananda onlara qarşı məhəbbət göstərmiş oluruq. Bu haqda ətraflı məlumat almaq üçün «Qızıl qanun nədir?» adlı məqaləni oxuyun.

 Yəqin ki, məqalədə müzakirə olunan mövzu haqda daha çox öyrənmək istəyərdiniz. Sizi pulsuz Müqəddəs Kitab dərsləri üçün müraciət etməyə dəvət edirik.

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18).