Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 81

Öncül həyatı

Öncül həyatı

(Vaiz 11:6)

  1. 1. Oyanıb sübh tezdən, günəşdən də əvvəl,

    Allaha şükr edib

    yollanırıq bizlər xidmətə.

    Çöhrədə təbəssüm biz yayarıq müjdə.

    Tükənməz əzmimiz,

    can qoyarıq bizlər bu işə.

    NƏQARƏT

    Biz seçdik bu yolu,

    Müntəzirik əmrə,

    Allaha bağlandıq ürəkdən.

    Nə boran, nə isti

    Qorxutmaz bizləri,

    Ey Yehova, aşiqik Sənə könüldən!

  2. 2. Axşamlar xidmətdən qayıtsaq da yorğun,

    Şükr edirik qəlbdən

    nə xoşbəxtik, İlahi, bizlər!

    Ömrümüz mənalı, getmir əsla hədər.

    Rəbb Yehova bizə

    hər günün ruzisin yetirər.

    NƏQARƏT

    Biz seçdik bu yolu,

    Müntəzirik əmrə,

    Allaha bağlandıq ürəkdən.

    Nə boran, nə isti

    Qorxutmaz bizləri,

    Ey Yehova, aşiqik Sənə könüldən!

(Həmçinin baxın: Yuş. 24:15; Zəb. 92:2; Rom. 14:8.)