Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 52

Sənə məxsusuq, ey Yehova!

Sənə məxsusuq, ey Yehova!

(İbranilərə 10:7, 9)

  1. 1. Sən xəlq etdin, ey Yehova,

    Bütün bu cahanı.

    Xilqət bəyan edir Sənin

    Hədsiz qüdrətini.

    Bizə həyat bəxş etməklə

    Sevgin izhar etdin.

    Şana, şərəfə layiqsən Sən,

    Adın daim ucalsın.

  2. 2. İsa vəftiz olunaraq

    Rəbbə oldu təslim.

    Dedi: «İradəni, Ata,

    Qoy mən icra edim».

    O, ruhla məsh olundu ki,

    İcra olsun Kəlam.

    Rəbbə vəfalı qalıb dedi:

    «Olsun istəyin tamam».

  3. 3. Sənə mədhlər ucaltmaqçün

    Gəlmişik önünə.

    Bütün ömrümüzü, ya Rəbb,

    Biz həsr etdik Sənə.

    Ölüm hökmün götürməkçün

    Oğlun verdin fidyə.

    İstər yaşayaq, istər ölək,

    Məxsusuq biz tək Sənə.

(Həmçinin baxın: Mət. 16:24; Mark 8:34; Luka 9:23.)