NƏĞMƏ 34
Kamillik yolunda yeriyək
(Zəbur 26)
-
1. Sən, ya Rəbbim, imanımı sına,
Et imtahan məni, nəzər yetir mənə.
Sən xəlbirdən keçir hisslərimi,
Yehova, saf eylə gizli niyyətimi.
NƏQARƏT
Qəti qərar tutmuşam, ey Xudam,
Kamil qalaram mən, dönmərəm haqq yoldan.
-
2. Şər iş görən şəxsə qoşulmuram,
Sənə tənə edən kəsi heç sevmirəm.
Məsum qana batmışdır əlləri,
Pislərlə bir yerdə məhv etmə bəndəni.
NƏQARƏT
Qəti qərar tutmuşam, ey Xudam,
Kamil qalaram mən, dönmərəm haqq yoldan.
-
3. Qoy seyr edim camalını, Rəbbim,
Ömür boyu qalım məbədində Sənin.
Gecə-gündüz Sənə edim səcdə,
Şükran aşıb-daşsın, Yehova, qəlbimdə.
NƏQARƏT
Qəti qərar tutmuşam, ey Xudam,
Kamil qalaram mən, dönmərəm haqq yoldan.
(Həmçinin baxın: Zəb. 25:2.)