Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 129

Dözüm göstərəcəyik

Dözüm göstərəcəyik

(Mətta 24:13)

  1. 1. Biz sınaq vaxtı

    Dözək İsa Məsih kimi.

    Rəbb verən vədlər

    Onun üçün gerçək idi.

    Məsihçün öndəydi

    Rəbbin uca adı.

    NƏQARƏT

    Bizə dözüm gərəkdir,

    Dönməz, sadiq qalaq.

    Rəbbin Sözü gerçəkdir,

    İman edib, sonadək tab edək.

  2. 2. Çox çətin olur

    Həyatımız ildən-ilə.

    Heç bitməz ümid

    Göz yaşları axsa belə.

    Möhkəm ol, vaz keçmə,

    Gözlə, ümid eylə.

    NƏQARƏT

    Bizə dözüm gərəkdir,

    Dönməz, sadiq qalaq.

    Rəbbin Sözü gerçəkdir,

    İman edib, sonadək tab edək.

  3. 3. Şəkk etmərik biz,

    Təslim olmarıq heç zaman.

    Son ana qədər

    Rəbbin günün edək bəyan.

    Dözüm biz göstərrik,

    Bitir axırzaman.

    NƏQARƏT

    Bizə dözüm gərəkdir,

    Dönməz, sadiq qalaq.

    Rəbbin Sözü gerçəkdir,

    İman edib, sonadək tab edək.