NƏĞMƏ 112
Yehova sülh Allahı
-
1. Allah sülh mənbəyi,
Tükənməzdir sevgisi.
Diləyirik, bəxş et, ya Rəbb,
Ver ruhun sülh bəhrəsin.
Bizdən ötrü canın
Bəxş etdi kamil Oğlun.
Ey Yehova, nə gözəldir
Misilsiz, saf ülfətin.
-
2. Sənin ruhun, Rəbbim,
İlhamıdır Sözünün.
Hifz edir o, bələdçidir,
Göstərir haqqın yolun.
Pislik yox olacaq,
Şər dövrün sonu yaxın.
Qoy zehni də, ürəyi də
Qorusun sülhün Sənin.
-
3. Xalqın Sən cəm etdin,
Onlara ruhun verdin.
Vəhdətdəyik, gözləyirik,
Şahlığın qoy tez gəlsin.
Sənin adil şahın
Savaşı yox edəcək.
Salehlərsə əbədiyyən
Sülh içrə yaşayacaq.
(Həmçinin baxın: Zəb. 4:8; Filip. 4:6, 7; 1 Salon. 5:23.)