Kontentə keç

Mündəricatı göstər

MÖVZU 9

İnsan əzablarının səbəbi

«Günəş altında bir şey də gördüm: qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır».

Vaiz 9:11

«Beləliklə, günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib».

Romalılara 5:12

«Allahın Oğlu məhz İblisin işlərini dağıtmaq üçün gəlmişdi».

1 Yəhya 3:8

«Bütün dünya Şəririn əlindədir».

1 Yəhya 5:19