Markın yazdığı müjdə 7:1—37

  • İnsan adət-ənənələri ifşa olunur (1—13)

  • İnsanı murdar edən şeylər (14—23)

  • Suriyadakı Finikiyadan olan qadının imanı (24—30)

  • Karın qulaqları açılır (31—37)

7  Yerusəlimdən gəlmiş fərisilər və bir neçə mirzə İsanın başına toplaşdı.+  Onlar gördülər ki, onun bəzi şagirdləri paklanmamış, yəni əllərini yumamış çörək yeyirlər.  (Fərisilər və bütün yəhudilər əcdadların ənənəsinə ciddi riayət edir, əllərini dirsəyə kimi yumamış yeməyə əl vurmurlar,  bazardan qayıdanda yuyunmamış süfrəyə əyləşmirlər. Onlar digər ənənələrə də ciddi riayət edirlər. Məsələn, camları, dolçaları və mis qabları qüsl edirlər*.)+  Bu fərisilər və mirzələr İsadan soruşdular: «Nəyə görə sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəyə riayət etmir, murdar əllə yemək yeyirlər?»+  İsa cavab verdi: «İkiüzlülər, Əşiya sizin haqqınızda yaxşı peyğəmbərlik etmişdir: “Bu xalq Mənə dildə hörmət edir, ürəkdə isə Məndən çox uzaqdır.+  Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”.+  Siz Allahın əmrini kənara qoyub insan ənənələrinə riayət edirsiniz».+  İsa sözünə davam etdi: «Öz ənənələrinizi qorumaqdan ötrü Allahın əmrlərini rədd etməyi yaxşı bacarırsınız.+ 10  Misal üçün, Musa belə deyib: “Atana və anana hörmət et”+ və “Atasını ya anasını təhqir edən öldürülməlidir”.+ 11  Siz isə deyirsiniz: “Kimsə atasına ya anasına: “Səni saxlamaq üçün nəyim varsa, qurbanlıqdır, (yəni Allaha həsr edilmiş bəxşişdir)”, — deyərsə...” 12  Siz daha qoymursunuz, o adam öz atası ya anası üçün bir şey etsin.+ 13  Beləliklə, siz uydurduğunuz ənənələrlə Allahın sözünü heçə endirirsiniz.+ Buna oxşar çox işləriniz var».+ 14  İsa yenidən camaatı yanına çağırıb dedi: «Hamınız mənə qulaq asın və sözlərimi dərk edin.+ 15  İnsanı yediyi şeylər murdar etmir. Onu ürəyindən çıxan şeylər murdar edir».+ 16  *⁠—— 17  İsa camaatdan ayrılıb bir evə girəndə şagirdlər həmin məsəllə bağlı onu sorğu-suala tutdular.+ 18  İsa dedi: «Yəni siz də onlar kimi heç nə başa düşmürsünüz? Məgər bilmirsiniz ki, insanın yediyi heç bir şey onu murdar edə bilməz? 19  Çünki insanın yediyi şey ürəyə yox, mədəyə düşür, sonra da bayıra çıxır». Beləcə, o, bütün yeməkləri pak elan etdi. 20  Sonra əlavə etdi: «İnsanın içindən çıxan onu murdar edir.+ 21  Çünki insanın daxilindən, ürəyindən+ pis fikirlər çıxır. Bunlar: əxlaqsızlıq*, oğurluq, qətl, 22  zinakarlıq, tamahkarlıq, pis əməllər, yalan, azğınlıq*, paxıllıq, küfr, lovğalıq və ağılsızlıqdır. 23  Bütün bu pislik insanın içindən gəlir və onu murdar edir». 24  İsa oradan çıxıb Sur və Sidon ərazisinə getdi+ və bir evə girdi. O istəmirdi ki, kimsə bunu bilsin. Bununla belə, onun gəlişindən xəbər tutdular. 25  Balaca qızına murdar ruh girmiş bir qadın İsa haqqında eşidən kimi gəlib onun ayaqlarına düşdü.+ 26  Bu qadın yunan idi və Suriyadakı Finikiyada yaşayırdı. Qadın yalvar-yaxar edirdi ki, İsa qızdan cini qovsun. 27  Amma İsa ona dedi: «Qoy əvvəlcə uşaqlar yeyib doysunlar. Çörəyi uşaqların əlindən alıb küçüklərin qabağına atmaq düzgün deyil».+ 28  Qadın İsaya dedi: «Düz deyirsən, Ağa, amma axı masanın altında oturan küçüklər də uşaqların tökdükləri qırıntıları yeyirlər». 29  Onda İsa qadına dedi: «Sən ki belə dedin, get. Cin qızından çıxdı».+ 30  Qadın evinə gəlib gördü ki, cin uşaqdan çıxıb, uşaq da çarpayıda uzanıb.+ 31  İsa Sur ərazisindən çıxdı, Sidondan və Dekapol bölgəsindən keçib Cəlilə dənizinə gəldi.+ 32  Onun yanına bir kar və pəltək adam gətirdilər.+ Camaat xahiş etdi ki, İsa əlini onun üstünə qoysun. 33  İsa onu camaatın arasından çıxarıb kənara çəkdi, barmaqlarını onun qulaqlarına qoydu və tüpürüb onun dilinə toxundu.+ 34  Sonra göyə baxıb dərindən ah çəkdi və: «Effata», yəni «Açıl», — dedi. 35  O adamın qulaqları və dilinin düyünü açıldı+ və o, aydın danışmağa başladı. 36  Onda İsa oradakılara tapşırdı ki, bunu heç kəsə danışmasınlar.+ Amma İsa qadağan etdikcə insanlar baş verənlər haqqında daha çox danışırdılar.+ 37  Onlar heyrətlərini gizlədə bilmir+ və deyirdilər: «Onun hər bir işi mükəmməldir. O, hətta karların qulağını, lalların dilini açır».+

Haşiyələr

Yaxud suya batırırlar.
Yaxud abırsızlıq. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.