Hizqiyal 41:1—26

  • Xarici müqəddəs məkan (1—4)

  • Divar və yan otaqlar (5—11)

  • Qərb tərəfdəki bina (12)

  • Binalar ölçülür (13—15a)

  • Müqəddəs məkanın içərisi (15b—26)

41  Sonra o, məni xarici müqəddəs məkana* apardı. Biri sağda, biri solda olan yan divarları ölçdü. Hər iki yan divarın bir tərəfi 6 qulac* enində idi.  Divarların o biri tərəfinin eni 5 qulac idi. Girişin eni 10 qulac idi. O, xarici müqəddəs məkanın uzunluğunu ölçdü, 40 qulac idi, eni 20 qulac idi.  Sonra içəri* girdi. Girişin yan divarını ölçdü. Divarın bir tərəfinin eni 2 qulac, o biri tərəfinin eni 7 qulac idi. Girişin eni 6 qulac idi.  Sonra xarici müqəddəs məkana baxan bu otağı ölçdü: uzunluğu və eni 20 qulac idi.+ O, mənə dedi: «Bu, Ən müqəddəs yerdir».+  Ardınca məbədin divarını ölçdü, divarın qalınlığı 6 qulac idi. Məbədin ətrafındakı yan otaqların eni 4 qulac idi.+  Yan otaqlar üç mərtəbədə, bir-birinin üstündə yerləşirdi. Hər mərtəbədə 30 otaq var idi. Məbədin divarı boyunca yan otaqlar üçün dayaq olan çıxıntılar var idi, belə ki, dayaqlar divarın içinə girmirdi.+  Məbədin hər iki tərəfində yuxarı otaqlara qalxdıqca genələn dolama keçid* var idi.+ Aşağı mərtəbədən orta mərtəbəyə, oradan da yuxarı mərtəbəyə qalxdıqca otaqlar genişlənirdi.  Mən məbədin altında hündür bünövrə gördüm. Yan otaqların təməli ilə künc arasındakı məsafə bir çubuq, yəni 6 qulac idi.  Yan otaqların bayır divarının qalınlığı 5 qulac idi. Məbədin bir hissəsi olan yan otaqların yanında boş yer var idi. 10  Məbədlə yemək otaqlarının+ arasında məsafə iki tərəfdən də 20 qulac idi. 11  Boş yerdən yan otaqlara giriş var idi. Girişin biri şimalda, biri də cənubda idi. Boş yerin eni hər tərəfdə 5 qulac idi. 12  Qərb tərəfdə 70 qulac enində, 90 qulac uzunluğunda bir bina var idi. Bina açıq sahəyə baxırdı. Binanın divarlarının qalınlığı hər tərəfdə 5 qulac idi. 13  O, məbədi ölçdü. Məbədin uzunluğu 100 qulac idi. Açıq sahə, bina və onun divarları da 100 qulac uzunluğunda idi. 14  Məbədin şərqə baxan qabaq hissəsinin və açıq sahənin eni 100 qulac idi. 15  O, üzü açıq sahəyə baxan arxadakı binanın uzunluğunu, onun iki tərəfdəki dəhlizlərini ölçdü, 100 qulac idi. Xarici və daxili müqəddəs məkanı,+ həyətə baxan eyvanları, 16  habelə, bu üçünün kandarlarını, daralan pəncərələrini+ və dəhlizlərini ölçdü. Kandarın yanındakı divar döşəmədən pəncərəyə kimi taxta lövhələrlə+ örtülmüşdü. Pəncərələrin üstü də örtülü idi. 17  Girişin üstünün, məbədin içərisinin, bayırının və bütün divarlarının ölçüsü götürüldü. 18  Orada kərrub+ və xurma ağacı+ təsvirləri oyulmuşdu. İki kərrub arasında bir xurma ağacı təsvir olunmuşdu. Kərrubların iki üzü var idi. 19  Xurma ağacına bir yandan insan üzü, o biri yandan şir üzü baxırdı.+ Məbədin hər yanında təsvirlər bu cür oyulmuşdu. 20  Döşəmədən girişin üst hissəsinə kimi müqəddəs məkanın divarında kərrub və xurma ağacı təsvirləri oyulmuşdu. 21  Müqəddəs məkanın yan taxtaları* dördkünc idi.+ Müqəddəs yerin* qarşısında 22  taxta qurbangaha+ oxşar bir şey gördüm. Hündürlüyü 3 qulac, uzunluğu 2 qulac idi. Künc dayaqları var idi. Onun altı və yanları taxtadan düzəldilmişdi. O, mənə dedi: «Yehovanın hüzurundakı masa budur».+ 23  Xarici müqəddəs məkanın da, müqəddəs yerin də ikitaylı qapısı var idi.+ 24  Qapıların hər tayı iki qanadlı, qatlanan idi. Tayların hər biri belə idi. 25  Müqəddəs məkanın qapıları üzərində divarlarda olduğu kimi, kərrub və xurma ağacı təsvirləri oyulmuşdu.+ Bayırda, eyvanın qabaq tərəfində, üstdə taxta çıxıntı var idi. 26  Eyvanın hər iki tərəfində, məbədin yan otaqları və çıxıntılar boyu divarın içinə doğru daralan pəncərələr+ və xurma ağacı təsvirləri var idi.

Haşiyələr

Hərfən: məbədə. 41, 42-ci fəsillərdə bu ifadə həm xarici müqəddəs məkana (Müqəddəs yer), həm də bütünlüklə müqəddəs məkana (Müqəddəs yer və Ən müqəddəs yer daxil olmaqla bütün məbəd) aid edilir.
Burada söhbət uzun qulacdan gedir. B14 əlavəsinə bax.
Daxili müqəddəs məkana, yəni Ən müqəddəs yerə.
Görünür, burada söhbət dolama pilləkəndən gedir.
Hərfən: yan taxtası. Görünür, burada Müqəddəs yerin girişindən danışılır.
Ehtimal ki, Ən müqəddəs yer.