Zəbur 93:1—5
93 Yehova padşah oldu!+
Əzəməti geyindi,Yehova qüdrətə büründü,Onu qurşaq kimi taxdı.
Yer möhkəm qurulub,Əsla sarsılmaz.
2 Taxtın əvvəldən qurulub,+Sən əzəldən bəri varsan.+
3 Çaylar kükrədi, ey Yehova,Çaylar kükrəyib uğuldadı.
Çaylar kükrəyib gur-gur axır.
4 Ucalarda olan əzəmətli Yehova,Əngin suların uğultusundan möhtəşəm,+Dənizlərin nəhəng dalğalarından güclüdür.+
5 Öyüdlərin etibarlıdır.+
Müqəddəslik daim Sənin evini bəzəyir,+ ey Yehova.