Zəbur 8:1—9

  • Allahın əzəməti; insana verdiyi şərəf

    • «Nə əzəmətli adın var» (1, 9)

    • «Fani insan nədir ki, onu xatırlayırsan?» (4)

    • İnsanın başında şərəf tacı (5)

Dirijora. Gittit* üçün. Davudun məzmuru. 8  Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir,Ehtişamını göylərdən yüksəyə qaldırdın!*+   Sənə qarşı çıxanlardan ötrü,Düşməni, qisasçını susdurmaqdan ötrüUşaqların, körpələrin dili ilə+ gücünü göstərdin.   Xəlq etdiyin göylərə, əllərinin işinə,Yaratdığın aya, ulduzlara baxanda düşünürəm:+   Fani insan nədir ki, onu xatırlayırsan? Bəşər oğlu nədir ki, onun qeydinə qalırsan?+   Sən onu mələklərdən* bir az aşağı yaratdın,Başına şərəf, əzəmət tacı qoydun.   Ona əllərinin işi üzərində ağalıq verdin,+Hər şeyi ayaqları altına atdın:   Bütün sürüləri, naxırları,Bütün vəhşi heyvanları,+   Göydəki quşları, dənizdəki balıqları,Dəryadakı canlıların hamısını.   Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir!

Haşiyələr

Digər variant: ey ehtişamı göylərdən yuxarıda vəsf Edilən!
Yaxud ilahi varlıqlardan.