Zəbur 67:1—7
Dirijora. Simli alətlərin müşayiətilə. Məzmur.
67 Allah bizə lütf göstərəcək, xeyir-bərəkət verəcək,Üzünün nurunu üstümüzə salacaq.+ (Selah)
2 Bütün dünyada Sənin yolun tanınsın,+Xilaskar olduğunu bütün xalqlar eşitsin.+
3 Qoy xalqlar Səni mədh etsin, ey Allah,Bütün xalqlar bir ağızdan Səni mədh etsin.
4 Qoy xalqlar şadlansın, sevinc sədaları yüksəltsin,+Çünki Sən ümmətləri ədalətlə mühakimə edəcəksən,+Yer üzündə xalqlara rəhbərlik edəcəksən. (Selah)
5 Qoy xalqlar Səni ucaltsın, ey Allah,Bütün xalqlar bir ağızdan Səni ucaltsın.
6 Yer üzü bəhrəsini verəcək,+Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək.+
7 Allah bizə xeyir-bərəkət verəcək,Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq.+