Zəbur 56:1—13
Dirijora. «Uzaqlardakı səssiz göyərçin» üçün. Davudun məzmuru. Mixtam*. Catda filiştlilərin* əlinə keçəndə.+
56 Mənə lütf et, İlahi, fani insan üstümə gəlir,Gecə-gündüz mənimlə vuruşur, məni sıxışdırır.
2 Düşmənlər bütün günü üstümə cumur,Çoxları qürrələnib mənimlə savaşır.
3 Məni qorxu bürüyəndə+ Sənə güvənirəm.+
4 Sözünü vəsf etdiyim Allaha,Allaha bel bağlamışam, qorxmuram,İnsan mənə nə edə bilər?+
5 Gecə-gündüz mənə ziyan vururlar,Hey zərərimə fikirləşirlər.+
6 Pusqu qurur, hücum çəkirlər,Hər addımımı izləyirlər ki,+Canımı alsınlar.+
7 Xudaya, şər əməllərinə görə onları rədd et,Qəzəbinlə xalqları yerə vur.+
8 Sərgərdan gəzdiyim yolları qeydə alırsan.+
Göz yaşlarımı tuluğuna yığ.+
Axı onlar Sənin kitabında yazılıb.+
9 Səni çağırdığım gün düşmənlərim geri çəkiləcək.+
Bir şeydən arxayınam — Allah tərəfimdədir.+
10 Sözünü vəsf etdiyim Yehovaya,Sözünü vəsf etdiyim Allaha,
11 Allah-Taalaya bel bağlamışam, qorxmuram,+İnsan mənə nə edə bilər?+
12 Ey Allahım, Sənə dediyim nəzirlər boynumdadır,+Sənə şükran qurbanları gətirəcəyəm.+
13 Canımı ölümdən qurtardın ki,+Ayağımı büdrəməkdən qorudun ki,+Həyat nurunda Sənin önündə addımlayım.+