Zəbur 53:1—6
Dirijora. Mahalat* üslubunda. Maskil*. Davudun məzmuru.
53 Ağılsızlar ürəyində:
«Yehova yoxdur», — deyir.+
Onlar haqsızlıq edir, əyri, mənfur işlərə qurşanıblar,Bir nəfər də düz əməl sahibi yoxdur.+
2 Amma Allah göylərdən bəşər oğullarını seyr edir,+Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.+
3 Hamı yolunu azmış,Hamı pozğunlaşıb,Bir nəfər də düz əməl sahibi yoxdur,Bir nəfər belə.+
4 Bədəməllər heç nə başa düşmürmü?
Xalqımı çörək yerinə yeyirlər,Yehovanı çağırmırlar.+
5 Bax, onların canına vahimə düşəcək,Elə bir vahimə ki, beləsini görməyiblər*.
Sənin üstünə qoşun çəkənlərin Allah sümüklərini sındırıb tullayacaq,Onları xar edəcəksən, çünki Yehova onlardan üz döndərib.
6 Kaş Siondan İsrailin qurtuluşu gələydi!+
Yehova əsir xalqını qaytaranda,Qoy Yaqub sevinsin, israil şadlansın!
Haşiyələr
^ Digər variant: lakin qorxulası bir şey olmayan yerdə canlarına vahimə düşəcək.