Zəbur 40:1—17

  • Misilsiz Allaha şükran

    • Allahın gördüyü işlər saya gəlməz (5)

    • «Sən qurban və təqdimə istəmədin» (6)

    • «İstəyini yerinə yetirməkdən həzz alıram» (8)

Dirijora. Davudun məzmuru. 40  Yehovaya ümid bağlamışdım,Qulağını mənə sarı əydi, fəryadımı eşitdi.+   Məni uğultulu dərədən,Lil-bataqlıqdan çəkib çıxartdı. Ayağımı qaya üzərinə qoydu,Ayağımın altını bərkitdi.   Dilimə yeni nəğmə,+Allahımıza mədh nəğməsi qoydu. Çoxları görüb qorxacaq,Yehovaya bel bağlayacaq.   Nə xoşbəxtdir Yehovaya arxalanan,Asilərə, yalançılara üz tutmayan adam!   Ey Allahım Yehova, gördüyün işlər saya gəlməz,Möcüzələrin, bizimlə bağlı fikirlərin nə çoxdur!+ Onlardan danışmağa başlasam,Sayıb qurtara bilmərəm.+ Sənin mislin-bərabərin yoxdur.+   Sən qurban və təqdimə istəmədin;+Mənim qulaqlarımı açdın.+ Yandırma qurbanı, günah qurbanı istəmədin.+   O zaman dedim: «Budur, gəlmişəm,Tumarda mənim haqqımda yazılıb.+   Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram,+Qanunun qəlbimdədir.+   Böyük məclisdə salehlik müjdəsini bəyan edirəm,+Susmuram,+Ey Yehova, bundan agahsan. 10  Sənin ədalətini ürəyimdə gizlətmirəm,Sədaqətini, verdiyin qurtuluşu bəyan edirəm,Böyük məclisdə məhəbbətindən, həqiqətindən danışıram, gizlətmirəm».+ 11  Ey Yehova, mərhəmətini məndən əsirgəmə,Qoy məhəbbətin, həqiqətin daim məni qorusun.+ 12  Bəlalar məni əhatəyə alıb, sayı-hesabı yoxdur,+Təqsirlərim başımdan aşır, yolumu görə bilmirəm,+Başımın tükündən də çoxdur onlar. Könlüm pərişandır. 13  Aman, Yehova, qurtar məni,+Yehova, tez gəl, dadıma yetiş.+ 14  Qoy canımın qəsdinə duranların hamısıRüsvay olsun, rəzil olsun,Qoy fəlakətimə sevinənlərBiabır olub geri çəkilsin. 15  «Oxay, əcəb oldu!» — deyənlərXəcalətdən çaşbaş qalsın. 16  Qoy Səni axtaranlar+ Səndə sevinc tapsın, fərəhlənsin.+ Səndən nicat gözləyənlər durmadan: «Qoy Yehova ucalsın!» — desin.+ 17  Köməksizəm, fəqirəm,Yehova Özü mənə nəzər salsın. Sənsən imdadım, xilaskarım,+Nə olar, ey Allahım, ləngimə.+

Haşiyələr