Zəbur 38:1—22
Davudun məzmuru. Öyüd.
38 Ey Yehova, məni qəzəblə tənbeh etmə,Hiddətlə islah etmə məni.+
2 Oxların içimə sancılıb,Əlin üzərimdə ağırdır.+
3 Qəzəbindən bütün bədənim ağrıyır,Günahım ucbatından rahatlığımı itirmişəm.+
4 Təqsirlərim başımdan aşır,+Sanki, ağır yükdür, daşımaq olmur.
5 Ağılsızlığım ucbatındanYaralarım irinləyib, iy verir.
6 Kədər məni çulğayıb, qəddim tamam bükülüb,Bütün günü qəmli-qəmli gəzirəm.
7 İçim od tutub yanır,Bütün bədənim ağrıyır.+
8 Taqətdən düşdüm, büsbütün əzilmişəm,Qəlbimin sızıltısından fəğan edirəm.
9 Ey Yehova, arzu-diləyim önündədir,Ah-zarım Səndən gizli deyil.
10 Ürəyim çırpınır, taqətim kəsilib,Gözümün nuru sönüb.+
11 Dost-aşna azarımı görüb məndən gen gəzir,Tanış-biliş uzaqda durur.
12 Canımın qəsdinə duranlar mənə tələ qururlar,Məni yıxmaq istəyənlər əleyhimə danışırlar,+Səhərdən axşamadək pıç-pıç edib hiylə qururlar.
13 Mən isə, elə bil, karam, eşitmirəm,+Sanki, dilim laldır, ağzımı açmıram.+
14 Qulaqları eşitməyən,Müdafiə üçün sözü olmayan adam kimi olmuşam.
15 Çünki Səni gözləyirdim, ey Yehova,+Sən də hay verdin, ey Allahım Yehova.+
16 Dedim: «Qoyma bədbəxtliyimə sevinsinlər,Ayağım sürüşəndə önümdə qürrələnsinlər».
17 Az qala yıxılacaqdım,İztirabım həmişə mənimlə idi.+
18 Təqsirimi açıb danışdım,+Günahım ucbatından özümə yer tapmırdım.+
19 Düşmənlərim gümrahdır, güclüdür*,Nahaqdan mənə nifrət edənlər çoxalıb.
20 Yaxşılığımın əvəzini yamanlıqla qaytardılar,Yaxşılıq dalınca düşdüyümçün əleyhimə çıxdılar.
21 Yehova, məni tərk etmə,Uzaq durma məndən, ey Allahım.+
22 İmdadıma tez yetiş,Ey mənim qurtuluşum, Yehova!+
Haşiyələr
^ Digər variant: nahaqdan mənə düşmən kəsilənlər çoxdur.