Zəbur 130:1—8
Məzmur. Şəhərə qalxarkən*.
130 Ah Yehova, ümidsizlik dəryasından Səni səsləyirəm.+
2 Səsimi eşit, ey Yehova,Nalələrimə qulaq ver.
3 Ey Yah*, ancaq səhvlərimizi görsəydin*,Kim dayana bilərdi, ey Yehova?+
4 Sən həqiqətən bağışlayansan,+Ta ki ürəklərdə Sənin xofun olsun.+
5 Ümidimi Yehovaya bağlamışam, bütün varlığım Ona ümid edir,Onun sözünü gözləyirəm.
6 Gözətçilər səhərin açılmasını,Bəli, gözətçilər səhərin açılmasını gözlər,Könlüm Yehovanı bundan da çox gözləyir.+
7 Qoy İsrail daim Yehovanı gözləsin,Çünki Yehova məhəbbətində sadiqdir,+Xilas edən gücü böyükdür.
8 O, İsraili bütün təqsirlərindən azad edəcək.