Zəbur 122:1—9
Davudun məzmuru. Şəhərə qalxarkən*.
122 Mənə: «Yehovanın evinə gedək», — deyəndəSevincim aşıb-daşdı.+
2 İndi isə, ey Yerusəlim,Ayaqlarımız darvazanın kandarında durur.+
3 Yerusəlim gözəl inşa edilib,Vahid, bütöv bir şəhərdir.+
4 İsrailə verilmiş qaydaya görə,Yehovanın adına həmd etmək üçünİsrail qəbilələri,Yahın qəbilələri ora qalxır.+
5 Orada hökm taxtları qurulub,+Davud evinin taxtları.+
6 Ey insanlar, Yerusəlimə əmin-amanlıq diləyin.+
Ey şəhər, səni sevənlər dinc yaşayacaq.
7 Qoy divarlarının arxasında həmişə sülh olsun,Qala bürclərinin içində dinclik olsun.
8 Qardaşlarımdan, dostlarımdan ötrü deyirəm:
«Qoy səndə əmin-amanlıq olsun!»
9 Yehova Allahımızın evindən ötrü+Sənə firavanlıq diləyirəm.