Zəbur 12:1—8
-
Yehova ayağa qalxır
-
Allahın sözləri safdır (6)
-
Dirijora. Şeminit* üstündə. Davudun məzmuru.
12 Ey Yehova, məni qurtar, çünki sadiq adam qalmayıb,Vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb.
2 Hamı bir-birinə yalan satır,Dil töküb yaltaqlanır, riyakarlıqla* danışır.+
3 Yehova yalan dili qoparsın,Yekəxana danışan ağzı yumsun;+
4 Deyirlər: «Dilimizlə üstün gələrik,Ağız bizim, dil bizim,Kim bizə ağalıq edə bilər?»+
5 Yehova deyir: «Budur, ayağa qalxıram,Çünki məzlumlar sıxışdırılır, yoxsullar ah-nalə edir,+Onları həqarət edənlərdən qoruyacağam».
6 Yehovanın sözləri safdır,+Gil kürədə* əridilmiş, yeddi dəfə saflaşdırılmış gümüşə bənzər.
7 Ey Yehova, Sən Özün onları qoruyacaqsan,+Hər birini bu nəsildən əbədilik hifz edəcəksən.
8 Şər adamlar asudə gəzir,Çünki bəşər oğulları azğınlığı tərənnüm edir.+