Zəbur 116:1—19

  • Şükran nəğməsi

    • Yehovaya nə verə bilərəm? (12)

    • Nicat piyaləsini götürərəm (13)

    • Nəzirlərimi yerinə yetirərəm (14,18)

    • Sadiqlərin ölümü bahadır (15)

116  Yehovanı sevirəm,Çünki eşidir* səsimi, eşidir yalvarışımı.+  2  Qulağını mənə tərəf əyir.+ Nə qədər ki varam, Onu səslərəm.  3  Ölüm ipləri mənə dolanmışdı,Məzar məni ağuşuna almışdı*,+Dərd-bəla məni üstələmişdi.+  4  Amma mən Yehovanın adını çağırdım:+ «Aman, Yehova, qurtar canımı!»  5  Yehova şəfqətlidir, ədalətlidir,+Allahımız mərhəmətlidir.+  6  Yehova naşı adamı hifz edir.+ Rəzil olmuşdum, O, məni qurtardı.  7  Qoy könlüm yenə rahat olsun,Çünki Yehova mənə yaxşılıq etdi.  8  Sən canımı ölümdən,Gözümü yaş tökməkdən, ayağımı büdrəməkdən qurtardın.+  9  Mən Yehovanın önündə, işıqlı dünyada* gəzəcəyəm. 10  İman etdiyim üçün danışdım,+Hərçənd əzablar içində idim. 11  Təlaşa düşəndə dedim: «Bütün insanlar yalançıdır».+ 12  Mənə etdiyi yaxşılıqların əvəzindəYehovaya nə verə bilərəm? 13  Nicat piyaləsini götürərəm,Yehovanın adını çağıraram. 14  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,Bütün xalqının önündə.+ 15  Sadiq bəndələrinin ölümüYehova üçün bahadır.+ 16  Amandır, ey Yehova,Mən ki Sənin qulunam,Qulunam, kənizinin oğluyam. Sən məni buxovlardan azad etdin.+ 17  Sənə şükranlardan qurban gətirərəm,+Yehovanın adını çağıraram. 18  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,+Bütün xalqının önündə,+ 19  Yehovanın evinin həyətində,+Sənin mərkəzində, ey Yerusəlim. Yaha alqış edin!+

Haşiyələr

Digər variant: mən sevirəm, çünki Yehova eşidir.
Hərfən: şeolun bəlası məni tapmışdı. Lüğətdə «Məzar» sözünə bax.
Hərfən: dirilər ölkəsində.