Yuşə 21:1—45
21 Lavililərin nəsil başçıları kahin Əlyazarın+, Nun oğlu Yuşənin və İsrail qəbilələrinin nəsil başçılarının yanına gəldilər.
2 Kənan diyarında, Şiloda+ onlara dedilər: «Yehova Musa vasitəsilə buyurmuşdu ki, bizə yaşamaq üçün şəhərlər, mal-heyvanımızı otarmaq üçün otlaqlar verilsin».+
3 İsraillilər Yehovanın buyruğuna əməl edib lavililərə öz paylarından şəhərlər+ və otlaqlar verdilər.+
4 Püşk Kəhat+ nəsillərinə düşdü. Lavili kahin Harunun övladlarına on üç şəhər verildi. Püşklə verilən bu şəhərlər Yəhuda+, Şəmun+ və Binyamin+ qəbilələrinin torpaqlarında idi.
5 Qalan kəhatlılara isə Əfraim qəbiləsinin nəsillərinin, Dan qəbiləsinin və Mənəssə qəbiləsinin yarısının torpaqlarından on şəhər verildi.+
6 Hirsənlilərə+ Yəsakir qəbiləsinin nəsillərinin, Aşir qəbiləsinin, Niftalı qəbiləsinin torpaqlarından və Mənəssə qəbiləsinin yarısının Başandakı torpaqlarından on üç şəhər verildi.+
7 Nəsillərinə görə merarlılara+ isə Rubən qəbiləsinin, Cad qəbiləsinin və Zəbulun qəbiləsinin torpaqlarından on iki şəhər verildi.+
8 Beləcə, Yehovanın Musa vasitəsilə buyurduğu kimi, israillilər püşk atıb bu şəhərləri və onların otlaqlarını lavililərə verdilər.+
9 Yəhuda və Şəmun qəbilələrinin torpaqlarından adları çəkilən bu şəhərlər+
10 Lavi qəbiləsinə aid olan kəhatlıların nəsillərindən Harun oğullarına verildi, çünki püşk əvvəlcə onlara düşmüşdü.
11 Onlara Yəhuda dağlıq bölgəsindəki Kiryat-Arbanı+ (Arba Anaqın atası idi), yəni Həbrunu+ və ətrafındakı otlaqları verdilər.
12 Lakin şəhərin torpaq sahələrini və kəndlərini Yufənna oğlu Kalibə mülk verdilər.+
13 Kahin Harunun övladlarına qətl törədənlər üçün sığınacaq şəhər kimi Həbrunu+ və otlaqlarını verdilər.+ Eləcə də, Libna+ ilə örüşlərini,
14 Yəttirlə+ otlaqlarını, İştima+ ilə otlaqlarını,
15 Hülunla+ otlaqlarını, Dəbirlə+ otlaqlarını,
16 Ayinlə+ otlaqlarını, Yüttə+ ilə otlaqlarını, Beyt-Şəmslə otlaqlarını verdilər. Bu iki qəbilədən doqquz şəhər ayırdılar.
17 Binyamin qəbiləsinin torpağından verilən şəhərlər: Gibyonla+ otlaqları, Giba ilə otlaqları,+
18 Ənatutla+ otlaqları, Əlmunla otlaqları. Dörd şəhər.
19 Kahinlərə, Harun övladlarına on üç şəhər və otlaqları verildi.+
20 Lavililərdən olan digər Kəhat nəsillərinə Əfraim qəbiləsinin torpağından püşklə şəhərlər verildi.
21 Onlara qətl törədənlər üçün sığınacaq şəhər+ kimi Əfraim dağlıq bölgəsində Sihamla+ otlaqlarını, eləcə də Cəzərlə+ otlaqlarını,
22 Qibzayimlə otlaqlarını və Beyt-Hurunla+ otlaqlarını verdilər. Dörd şəhər.
23 Dan qəbiləsinin torpağından verilən şəhərlər: İltiqlə otlaqları, Gibtunla otlaqları,
24 Ayalonla+ otlaqları, Cat-Rimmunla otlaqları. Dörd şəhər.
25 Mənəssə qəbiləsinin yarısının torpağından verilən şəhərlər: Tanaqla+ otlaqları, Cat-Rimmunla otlaqları. İki şəhər.
26 Qalan Kəhat nəsillərinə on şəhər və otlaqları verildi.
27 Lavi nəsillərindən hirsənlilərə+ Mənəssə qəbiləsinin yarısının torpağından qətl törədənlər üçün sığınacaq şəhər verildi, Başanda Qulan+ ilə otlaqları, eləcə də Biştərahla otlaqları. İki şəhər.
28 Yəsakir qəbiləsinin torpağından+ verilən şəhərlər: Qişyunla otlaqları, Dəbrətlə+ otlaqları,
29 Yarmutla otlaqları, Eyn-Qannimlə otlaqları. Dörd şəhər.
30 Aşir qəbiləsinin torpağından+ verilən şəhərlər: Məsal ilə otlaqları, Əbdunla otlaqları,
31 Həlkətlə+ otlaqları, Rəhubla+ otlaqları. Dörd şəhər.
32 Niftalı qəbiləsinin torpağından verilən şəhərlər: qətl törədənlər üçün sığınacaq şəhər+ kimi Cəlilədə Qədəslə+ otlaqları, eləcə də Hamut-Dorla otlaqları, Qərtanla otlaqları. Üç şəhər.
33 Nəsillərinə görə hirsənlilərə on üç şəhər və otlaqları verildi.
34 Qalan lavililərə, Merar+ nəsillərinə Zəbulun qəbiləsinin torpağından+ Yuğnimlə+ otlaqları, Qartahla otlaqları,
35 Dimnə ilə otlaqları, Nahalal+ ilə otlaqları verildi. Dörd şəhər.
36 Rubən qəbiləsinin torpağından verilən şəhərlər: Bəsərlə+ otlaqları, Yahasla otlaqları,+
37 Kədimutla otlaqları, Mehpatla otlaqları. Dörd şəhər.
38 Cad qəbiləsinin torpağından+ verilən şəhərlər: qətl törədənlər üçün sığınacaq şəhər kimi Giladda Ramut+ ilə otlaqları, eləcə də Mahanayimlə+ otlaqları,
39 Həşbunla+ otlaqları, Yazirlə+ otlaqları. Cəmi dörd şəhər.
40 Qalan Lavi nəsillərinə, merarlılara nəsillərinə görə on iki şəhər verildi.
41 Lavililərə israillilərin mülk torpaqlarından otlaqları ilə birgə qırx səkkiz şəhər verildi.+
42 Bu şəhərlərin hər birinin ətrafında otlaqlar var idi.
43 Beləcə, Yehova ata-babalarına and içdiyi kimi, bütün bu ölkəni israillilərə verdi.+ Onlar da bu ölkəyə sahib olub, orada məskunlaşdılar.+
44 Üstəlik, Yehova ata-babalarına and içdiyi kimi, onlara hər tərəfdən dinclik verdi.+ Onların qarşısında heç bir düşmən duruş gətirə bilmədi.+ Yehova bütün düşmənlərini onlara təslim etdi.+
45 Yehovanın İsrail evinə verdiyi bütün gözəl vədlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.+