Yuşə 14:1—15

  • İordanın qərbindəki torpaqların bölünməsi (1—5)

  • Kalib Həbrunu irs alır (6—15)

14  Kahin Əlyazar, Nun oğlu Yuşə və İsrail qəbilələrinin nəsil başçıları Kənan diyarında israillilərə bu torpaqları mülk verdilər.+  Yehovanın Musa vasitəsilə əmr etdiyi kimi, torpaq mülkləri doqquz qəbilə və bir qəbilənin yarısı arasında püşklə bölündü.+  Musa artıq iki qəbiləyə və bir qəbilənin yarısına İordanın o biri tayında* miras vermişdi.+ Lavililərə isə xalqın arasında miras verməmişdi.+  Yusifin nəsli iki qəbilədən ibarət idi,+ Mənəssə və Əfraim qəbiləsi.+ Lavililərə ölkədə şəhərlərdən, mal-heyvan üçün şəhərlərin ətrafındakı otlaqlardan başqa pay verilməmişdi.+  İsraillilər Yehovanın Musaya tapşırdığı kimi, ölkəni paylaşdırdılar.  Yəhudanın kişiləri Gilqalda+ Yuşənin yanına gəldilər. Qənazlı Yufənna oğlu Kalib+ gəlib Yuşəyə dedi: «Bir olan Allah Yehovanın Öz qulu Musaya+ Qədis-Barnidə+ səninlə mənim barəmdə nə dediyini bilirsən.+  Yehovanın qulu Musa məni Qədis-Barnidən ölkəni gözdən keçirməyə göndərəndə qırx yaşında idim.+ O vaxt mən doğru xəbər gətirdim.+  Mənimlə gedən soydaşlarım xalqın ürəyinə qorxu salsalar da, mən bütün qəlbimlə Allahım Yehovaya itaət etdim.+  O gün Musa and içib dedi: “Ayaq basdığın torpaq əbədiyyən sənin və övladlarının payı olacaq, çünki sən bütün qəlbinlə Allahım Yehovaya itaət etdin”.+ 10  İsraillilər səhrada dolaşarkən+ Yehovanın Musaya verdiyi bu vədin üstündən qırx beş il keçib. Yehova vəd etdiyi kimi,+ mənə ömür verdi,+ indi mənim səksən beş yaşım var. 11  Hələ də canımda təpər var. Musanın məni göndərdiyi gündəki kimi, bu gün də qolumda güc var, döyüşə də, hər bir işə də hazıram. 12  O gün Yehovanın vəd etdiyi bu dağlıq bölgəni indi mənə ver. Hərçənd orada anaqların yaşadığını,+ onların böyük, qala divarlı şəhərləri+ olduğunu o gün sən də eşitmişdin, amma mən Yehovaya güvənirəm.+ Yehovanın söz verdiyi kimi, oranı mütləq zəbt edəcəyəm».+ 13  Yuşə Yufənna oğlu Kalibə xeyir-dua verdi və Həbrunu ona mülk verdi.+ 14  Həbrun bu günə qədər qənazlı Yufənna oğlu Kalibə məxsusdur. Çünki o, bütün qəlbi ilə İsrailin Allahı Yehovaya itaət etdi.+ 15  Həbrunun əvvəlki adı Kiryat-Arba idi.+ (Arba anaqlar arasında ən nüfuzlu adam olub.) Beləcə, müharibələr bitdi, ölkə əmin-amanlığa qovuşdu.+

Haşiyələr

Yəni şərq tərəfində.