Qanunun təkrarı 7:1—26
7 Allahınız Yehova tezliklə daxil olub ələ keçirəcəyiniz diyara+ sizi gətirib çıxaranda sizdən böyük, sizdən güclü yeddi xalqı+ — hetləri, girqaşiləri, amoriləri+, kənaniləri, fəriziləri, hiviləri və yəbusiləri+ qarşınızdan qovacaq.+
2 Yehova Allahınız onları sizə təslim edəcək, siz də onları məğlub edəcəksiniz.+ Onları mütləq məhv edin.+ Onlarla nə sazişə girin, nə də onlara bir iltifat göstərin.+
3 O xalqlarla qohum olmayın, nə onlara qız verin, nə onlardan qız alın.+
4 Çünki onlar övladlarınızı Mənim yolumdan döndərib başqa allahlara qulluq etməyə sövq edəcəklər.+ Onda Yehovanın sizə qəzəbi kükrəyəcək və O, sizi tez bir zamanda məhv edəcək.+
5 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdın, dik daşlarını*+ sındırın, Aşera bütlərini*+ kəsin, oyma bütlərini yandırın.+
6 Siz Allahınız Yehovanın müqəddəs xalqısınız. Yehova Allah yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız.+
7 Yehova sizi digər xalqlardan sayca çox olduğunuza görə bəyənib seçməyib,+ əslində siz xalqlar arasında ən kiçiyisiniz.+
8 Əksinə, Yehovanın sizə olan məhəbbəti, ata-babalarınıza içdiyi anda sədaqəti Yehovanı sövq etdi ki, güclü əli ilə sizi köləlik evindən, Misir padşahı fironun əlindən qurtarsın.+
9 Yaxşı bilirsiniz ki, Allahınız Yehova bir olan Allahdır, əhdinə sadiq qalan, Onu sevib əmrlərinə riayət edənlərin minlərlə nəslinə məhəbbət göstərən etibarlı Allahdır.+
10 Ona nifrət edənlərə isə açıq-açığına əvəzini verib onları məhv edər.+ Bəli, belələrindən tərəddüdsüz və açıqdan-açığa qisasını alar.
11 Buna görə bu gün sizə verdiyim əmrlərə, qanun və hökmlərə cidd-cəhdlə əməl edin.
12 Əgər bu hökmlərə həmişə qulaq assanız və onları yerinə yetirsəniz, Allahınız Yehova ata-babalarınıza and içib verdiyi əhdə vəfa edəcək, vəd etdiyi kimi, məhəbbətini sizdən əsirgəməyəcək.
13 Sizi sevəcək, sizə xeyir-bərəkət verəcək, sayınızı çoxaldacaq. O, sizə çoxlu övlad nəsib edəcək,+ torpağınızın məhsulunu, taxılınızı, təzə şərabınızı, yağınızı bərəkətli edəcək, mal-qaranızın, qoyun-keçilərinizin balası çox olacaq.+
14 Siz xalqların ən mübarəki olacaqsınız,+ aranızda nə bir sonsuz kişi, nə bir sonsuz qadın olacaq. Heyvanlarınızdan biri də qısır olmayacaq.+
15 Yehova sizdən hər cür azar-bezarı uzaq edəcək, sizi Misirdə eşidib-gördüyünüz dəhşətli xəstəliklərə düçar etməyəcək.+ Onları yağılarınızın canına salacaq.
16 Yehova Allahın sizə təslim etdiyi bütün xalqları yox etməlisiniz.+ Onlara yazığınız gəlməsin.+ O xalqların allahlarına sitayiş etməməlisiniz,+ çünki bu, sizin üçün tələ olacaq.+
17 Ürəyinizdən “bu xalqlar sayca bizdən çoxdur, onları necə qova bilərik?”+ fikri keçərsə,
18 qorxuya düşməyin,+ Allahınız Yehovanın fironun və bütün Misirin başına gətirdiklərini yadınıza salın.+
19 Şahidi olduğunuz möhtəşəm hökmləri, Allahınız Yehovanın əlamətlər, möcüzələr göstərərək,+ Öz güclü əli, qüdrətli qolu ilə sizi Misirdən çıxardığını xatırlayın.+ Allahınız Yehova bütün bunları qorxduğunuz xalqların qabağına çıxaracaq.+
20 Yehova Allahınız onların ruhunu sındırıb* güc-təpərlərini əllərindən alacaq, ta o vaxta qədər ki, sizdən gizlənib sağ qalanlar da məhv olsun.+
21 Qoy onlar sizi vahiməyə salmasın, çünki Allahınız Yehova, böyük və zəhmli Allah sizinlədir.+
22 Allahınız Yehova bu xalqları önünüzdən tədricən qovacaq.+ Onların hamısını birdən qırmayacaqsınız, yoxsa vəhşi heyvanlar çoxalıb üstünüzə hücum çəkər.
23 Allahınız Yehova onları sizə təslim edəcək, onları tar-mar edib yerli-dibli yox edəcək.+
24 Padşahlarını əlinizə verəcək,+ göylər altından onların adını siləcəksiniz.+ Onların kökünü kəsənəcən heç kim qarşınızda duruş gətirə bilməyəcək.+
25 Bu xalqların allahlarının oyma bütlərini yandırın.+ Üstlərindəki qızıl-gümüşə tamah salmayın, onlardan özünüzə götürməyin,+ yoxsa tora düşərsiniz. Bütün bunlar Allahınız Yehovanın gözündə iyrənc şeylərdir.+
26 İyrənc şeyləri evinizə gətirməməlisiniz, yoxsa onlarla bir yerdə məhv olarsınız. Belə şeylərdən ikrah etməli, iyrənməlisiniz, çünki onlar məhv edilməli şeylərdir.
Haşiyələr
^ Bu daşlar bütpərəstlikdə sitayiş məqsədilə istifadə olunurdu.
^ Digər variant: onları təlaşa salıb, onları dəhşətə salıb.