Mikə 6:1—16

  • Allahın İsraillə çəkişməsi (1—5)

  • «Yehova səndən başqa nə istəyir ki?!» (6—8)

    • Ədalət, sədaqət, təvazökarlıq (8)

  • İsrailin təqsiri və cəzası (9—16)

6  Yehovanın sözünü eşidin. Durun, dağların qarşısında çəkişmənizi aparın,Təpələr səsinizi eşitsin!+   Ey dağlar, ey yerin təməlləri,Yehovanın söylədiyi ittihamı dinləyin!+ Yehovanın Öz xalqı ilə çəkişməsi var. O, İsraili belə ittiham edəcək+:   «Ey xalqım, sənə nə etmişəm? Səni nə ilə yormuşam?+ Buyur, əleyhimə şəhadət ver.   Səni Misir torpağından çıxartdım,+Köləlik evindən qurtardım.+ Musanı, Harunu və Məryəmi+ önündə göndərdim.   Ey xalqım, Yehovanın ədalətini dərk etmək üçün,Muab padşahı Balaqın fitnə-felini,+Baur oğlu Bələmin ona verdiyi cavabı,+Şittimdən+ ta Gilqala+ qədər yol boyu baş verənləri yadına sal».   Yehovanın hüzuruna nə ilə gəlim? Ucalardakı Allahın önünə nə gətirib səcdə qılım? Onun hüzuruna yandırma qurbanlarıyla,Yoxsa birillik danalarla çıxım?+   Minlərlə qoç gətirsəm,Yağı sel kimi* axıtsam, Yehova razı qalarmı?+ Bəlkə, təqsirim üçün ilk oğlumu,+Günahım üçün bətnimin bəhrəsini verim?   Ey insan, nəyin doğru olduğunu O, sənə söylədi. Yehova səndən başqa nə istəyir ki?! İstəyir ki, ədalətlə davranasan,+Sədaqəti uca tutasan,+ Allahın önündə+ təvazökarlıqla+ yeriyəsən!   Yehovanın səsi şəhərə xitab edir,Hikmətli adamlar Sənin adından qorxacaq. Dəyənəyə və ona səlahiyyət verənə qulaq as!+ 10  Hələ də şər adamın evində haram sərvət,İyrənc əskik ölçü var? 11  Tərəzim əyridirsə,Torbamdakı çəki daşları aldadırsa, necə təmiz sayıla bilərəm?+ 12  Şəhərin varlıları zorakılıqda pərgardır,Sakinləri yalan danışır,+Aldadan dilləri var.+ 13  «Buna görə səni vurub yaralayacağam,+Günahların ucbatından viran qalacaqsan. 14  Yeyəcəksən, amma doymayacaqsan,Qarnın boş qalacaq.+ Qırağa atdığını qoruya bilməyəcəksən,Nə qoruya bilsən, qılıncın ağzına verəcəyəm. 15  Əkəcəksən, amma biçməyəcəksən. Zeytun tapdalayacaqsan, amma yağını işlətməyəcəksən,Təzə şərab çəkəcəksən, amma içməyəcəksən.+ 16  Siz Omrinin qaydalarına, Əhəb evinin adət-ənənələrinə əməl edirsiniz,+Onların məsləhəti ilə oturub-durursunuz. Buna görə sizi acınacaqlı hala salacağam,Sakinlərinə baxan fit çalacaq,+Xalqların tənəsini daşıyacaqsınız».+

Haşiyələr

Hərfən: on minlərlə yağ seli.