Məttanın yazdığı müjdə 11:1—30

  • İsa Vəftizçi Yəhyanı tərifləyir (1—15)

  • İsa ürəyi küt nəsli mühakimə edir (16—24)

  • Təvazökar adamlardan ötrü Allaha şükür edir (25—27)

  • İsanın boyunduruğu təravət gətirir (28—30)

11  İsa on iki şagirdinə göstəriş verib qurtardı. Sonra təbliğ etmək və vəz etmək üçün başqa şəhərlərə getdi.+  Zindanda olan Yəhya+ Məsihin gördüyü işlər barəsində eşidəndə şagirdlərini onun yanına göndərib+  soruşdu: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?»+  İsa onlara dedi: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın:+  korların gözləri açılır,+ topallar gəzir, cüzamlılar təmizlənir,+ karlar eşidir, ölülər dirilir, yoxsullara müjdə bildirilir.+  Mənimlə bağlı şübhələrə qapılmayan nə xoşbəxtdir!»+  Onlar çıxıb gedəndən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz?+ Küləyin əsdirdiyi qamışı?+  Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı? Bilmirsiniz ki, zərif libas geyənlər padşah saraylarında olurlar?  Yaxşı, bəs ora niyə getmişdiniz? Peyğəmbər görməyə? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür.+ 10  “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq” sözləri onun haqqında yazılmışdır.+ 11  İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi Padşahlıqda ən kiçiyi ondan böyükdür.+ 12  Vəftizçi Yəhyanın günlərindən bu yana insanlar səmavi Padşahlığa can atırlar və bu yolda təslim olmayanlar ona nail olurlar.+ 13  Çünki həm Tövrat*, həm Peyğəmbərlərin kitabı Yəhyaya qədər peyğəmbərlik edib+ 14  və istəyirsiniz inanın, istəyirsiniz inanmayın, o, gəlişini gözlədiyiniz İlyasdır.+ 15  Qulağı olan eşitsin. 16  Bu nəsli kimə bənzədim?+ O, bazar meydanında oturub biri digərinə: 17  “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız, biz ağı dedik, amma siz kədərdən sinə döymədiniz”, — deyən uşaqlara bənzəyir. 18  Siz də onlar kimi. Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. 19  İnsan Oğlu gəlib həm yeyir, həm içir,+ insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”.+ Nə olursa olsun, hikmət əməlləri sayəsində haqlı çıxır».+ 20  Sonra İsa əksər qüdrətli işlərini göstərdiyi şəhərləri, tövbə etmədikləri üçün, ittiham etməyə başladı: 21  «Vay halına, Xorəzin! Vay halına, Beytsəyda! Çünki sizdə görülmüş qüdrətli işlər Sur və Sidon şəhərlərində görülsəydi, onlar çoxdan çula bürünüb kül içində oturmuş və tövbə etmişdilər.+ 22  Buna görə də bilin, Hökm günü Sur və Sidon şəhərlərinin cəzası sizinkindən yüngül olacaq.+ 23  Ey Kəfərnahum,+ elə bilirsən, göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* düşəcəksən!+ Çünki səndə edilən qüdrətli işlər Sədumda edilsəydi, o, bu günə qədər durardı. 24  Buna görə də bil, Hökm günü Sədum diyarının cəzası səninkindən yüngül olacaq».+ 25  Sonra İsa dedi: «Ey Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan gizlədib körpələrə açdın.+ 26  Bəli, Ata, çünki Sən belə məsləhət bildin. 27  Atam hər şeyi mənə verib.+ Oğulu Ata qədər heç kim tanımır.+ Atanı da Oğul qədər və Oğulun tanıtmaq istədiyi adam qədər heç kəs tanımır.+ 28  Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. 29  Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram.+ Onda canınız təravətlənər. 30  Çünki boyunduruğum rahat, yüküm yüngüldür».

Haşiyələr

Yun. hades. Lüğətə bax.