Məsəllər 22:1—29

  • Təmiz ad böyük sərvətdən üstündür (1)

  • Erkən tərbiyə ömürlükdür (6)

  • Tənbəl bayırdakı şirdən qorxar (13)

  • Tərbiyə axmaqlığı uzaqlaşdırar (15)

  • Usta padşah hüzurunda qulluq edər (29)

22  Təmiz ad böyük sərvətdən üstündür,+Şərəf qızıl-gümüşdən yaxşıdır.   Kasıbın da, varlının da bir oxşarlığı var: Hər ikisini Yehova xəlq edib.+   Uzaqgörən bəlanı duyub gizlənər,Cahil isə qabağa gedib ziyan tapar.   Təvazökarlığın və Yehova xofunun bəhrəsiSərvət, şərəf və həyatdır.+   Əyri adamın yolunda tikan olar, tələ olar. Canının qədrini bilən onlardan uzaq gəzər.+   Uşağa düzgün yolu öyrət,+Qocalanda da o yoldan çıxmaz.+   Varlı kasıbın ağası olar,Borc alan da borc verənin nökəri.+   Nadürüstlük əkən fəlakət biçər,+Onun qəzəb əsası yox olar.+   Əliaçıq adamın ruzisi bol olar,Çünki çörəyini kasıb-kusubla bölüşür.+ 10  Rişxəndçini qov,Dava-dalaş kəsilər,Söz-söhbət, təhqir aradan qalxar. 11  Saflığı sevən, dili lətafətli adamPadşaha dost olar.+ 12  Yehovanın gözüelmin hamisidir. Xainlərin isə sözlərini O puç edər.+ 13  Tənbəl deyər: «Bayırda şir var,Küçəyə çıxsam, məni parçalar».+ 14  Pozğun qadının dili dərin quyudur,+Yehovanın rədd etdiyi kəs ora düşər. 15  Axmaqlıq uşağın ürəyində kök salar,+Tərbiyə kötəyi onu uşaqdan uzaqlaşdırar.+ 16  Sərvətini artırmaq üçün kasıba kələk gələn,+Həmçinin varlıya hədiyyələr verənAxırda yoxsul olar. 17  Qulağını aç, müdriklərin sözlərini dinlə,+Elmimi bütün ürəyinlə mənimsə.+ 18  Həmişə dilində olsunlar deyə+Onları köksündə saxlasan, çox əcəb olar.+ 19  Yehova güvənc yerin olsun deyəBu gün sənə bilik verirəm. 20  İndiyədək sənəMəsləhətlər, nəsihətlər yazmışam ki, 21  Doğru-dürüst sözlər öyrədim,Səni göndərənə düzgün xəbər aparasan. 22  Kasıbı kasıb olduğu üçün soyma,+Məzlumu şəhər darvazasında əzib-tapdalama.+ 23  Çünki onların işinə Yehova Özü baxacaq,+Onlara fırıldaq gələnin canını alacaq. 24  Özündən tez çıxanla yoldaş olma,Hirsli adamla oturub-durma. 25  Yoxsa onun yollarına alışarsan,Özünü tora salarsan.+ 26  Əl sıxıb girov boyun olanların,Borca zamin duranların arasında olma.+ 27  Borcu verməyə bir şeyin olmasa,Altından yatağını apararlar. 28  Qədimdən, əcdadlardan qalmaSərhəd nişanını yerindən tərpətmə.+ 29  İşində usta adamı görmüsən? O, adi adamların yox,Padşahların hüzurunda durar.+

Haşiyələr