Məsəllər 13:1—25
13 Ağıllı oğul ata nəsihətinə qulaq asar,+Rişxəndçi isə məzəmməti qulaqardına vurar.+
2 Dili xeyir danışan xeyir tapar,+Xainin isə könlündən zorakılıq keçər.
3 Dilini saxlayan canını qoruyar,+Boşboğaz isə məhv olar.+
4 Tənbəlin ürəyindən çox şey keçər, ancaq heç nəyi olmaz.+
Çalışqan isə bolluğa yetişər.+
5 Saleh adam yalana nifrət edər,+Şər adamın əməlləri rəzalət və rüsvayçılıq gətirər.
6 Kamillik yolu ilə gedənləri salehlik qoruyar,+Günahkarı pislik yıxar.
7 Adam var özünü varlı göstərir, amma heç nəyi yoxdur,+Adam da var, özünü yoxsul göstərir, amma varı başından aşır.
8 Sərvət sahibinin həyatı üçün fidyədir,+Kasıb isə hədə-qorxu belə, eşitməz.+
9 Saleh adamın nuru par-par parlayar,+Şər adamın isə çırağı sönər.+
10 Təkəbbür münaqişə yaradar,+Məsləhət axtaran isə hikmətlidir.+
11 Tez toplanan sərvət dağılar,+Damla-damla toplanan sərvət isə artar.
12 Uzun intizar ürəyi xəstə salar,+Çin olan arzu isə həyat ağacıdır.+
13 Nəsihətə xor baxan cəza çəkər,+Əmrə hörmət edənin mükafatı var.+
14 Hikmətlinin təlimi həyat çeşməsidir,+İnsanı ölüm tələsindən uzaqlaşdırar.
15 Dərin anlayış lütf qazandırar,Xainin isə yolu kələ-kötür olar.
16 Uzaqgörən kamalla oturub-durar,+Axmaq isə səfehliyini nümayiş etdirər.+
17 Pis qasid bəlaya düşər,+Etibarlı elçi isə səfa gətirər.+
18 Tərbiyəni vecə almayan müflisləşər, hörmətdən düşər,Məzəmmət götürən hörmətə minər.+
19 Çin olan arzu şirin olar,+Şərdən əl çəkmək səfehdə ikrah doğurar.+
20 Hikmətli ilə oturub-duran hikmətli olar,+Axmaqlarla ayaqlaşan bədbəxt olar.+
21 Bəla günahkarı qarabaqara izlər,+Saleh adamın mükafatı firavanlıq olar.+
22 Yaxşı adam nəvələrinə miras qoyar,Günahkar isə sərvətini saleh üçün toplayar.+
23 Kasıbın əkini bol məhsul verər,Amma ədalət olmayan yerdə bada gedər*.
24 Oğlundan kötəyi əsirgəyən ona nifrət edir,+Oğlunu sevən onun tərbiyəsi ilə ciddi* məşğul olar.+
25 Saleh adam yeyib doyar,+Amma şər adamın qarnı ac qalar.+