Lavililər 7:1—38

  • Qurbanlarla bağlı göstərişlər (1—21)

  • Piy və qan yemək qadağandır (22—27)

  • Kahin payı (28—36)

  • Qurbanlarla bağlı qanunun yekunu (37, 38)

7  Təqsir qurbanı üçün qanun belədir:+ o, son dərəcə müqəddəsdir.  Təqsir qurbanı kimi gətirilən heyvanı yandırma qurbanı kimi gətirilən heyvanın kəsildiyi yerdə kəsib qanını+ hər tərəfdən qurbangahın üstünə çiləmək lazımdır.+  Quyruq, bağırsaqların üstündəki piy,  hər iki böyrək və bel nahiyəsindəki piy daxil olmaqla, heyvanın bütün piyini təqdim etmək lazımdır.+ Böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piy də çıxarılmalıdır.+  Kahin onları Yehova üçün odda yandırılan qurban olaraq qurbangahda yandırsın.+ Bu, təqsir qurbanıdır.  Kahinlərin sırasından olan bütün kişilər ondan yeyə bilərlər.+ O, son dərəcə müqəddəsdir və müqəddəs yerdə yeyilməlidir.+  Günah qurbanına dair qanun təqsir qurbanına da aiddir. Təqsir qurbanının əti bu qurbanla kəffarə verən kahinə məxsusdur.+  Kimin üçünsə yandırma qurbanı təqdim edən kahin heyvanın dərisini özünə götürsün.+  Təndirdə, tavada, yaxud sacda+ bişirilən bütün taxıl təqdimələri onları təqdim edən kahinə məxsusdur. Bu təqdimələr kahinin olacaq.+ 10  Yağ qatılmış,+ yaxud yağsız+ gətirilən bütün taxıl təqdimələri isə Harunun bütün oğulları üçündür. Hamısının payı bərabər olmalıdır. 11  Yehovaya ünsiyyət qurbanı gətirənlər üçün qanun belədir:+ 12  əgər kimsə bu qurbanı minnətdarlıq ifadəsi kimi gətirirsə, şükran qurbanının+ yanında mayasız yağlı xəmirdən halqavarı çörək, üstünə yağ çəkilmiş lavaş və narın una yağ qatılaraq yaxşı-yaxşı yoğrulub bişirilmiş halqavarı çörək gətirməlidir. 13  Minnətdarlıq ifadəsi olaraq gətirilən ünsiyyət qurbanı ilə çörək təqdimələrinin yanında mayalı xəmirdən bişirilmiş halqavarı çörək də gətirilməlidir. 14  Həmin adam bu çörəklərin hərəsindən bir dənəsini Yehovaya müqəddəs pay olaraq gətirməlidir. Bunlar ünsiyyət qurbanının qanını çiləyən kahinin olacaq.+ 15  Minnətdarlıq ifadəsi olaraq gətirilən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilməlidir. Ondan səhərə saxlamaq olmaz.+ 16  Əgər kimsə nəzir+ dediyi üçün və ya könüllü təqdimə+ olaraq qurban gətirərsə, qurbanın əti kəsilən gün yeyilməlidir. Qalanını səhəri gün də yemək olar. 17  Üçüncü günə qalan isə yandırılmalıdır.+ 18  Ünsiyyət qurbanının ətindən üçüncü gün yeyilsə, bu qurban qəbul olunmayacaq. Qurbanı gətirən adama bu qurbandan heç bir xeyir dəyməyəcək. Bu ət murdardır. Ondan yeyən adam günahına görə cavab verməli olacaq.+ 19  Murdar bir şeyə dəyən ət yeyilməməlidir, onu yandırmaq lazımdır. Pak ətdən isə yalnız pak adam yeyə bilər. 20  Lakin murdar ola-ola Yehovaya gətirilən ünsiyyət qurbanının ətindən yeyən adam xalqın arasından yox edilməlidir*.+ 21  Kim insandan ifraz olunan murdarlığa,+ napak heyvana,+ yaxud murdar, iyrənc bir şeyə+ toxunub sonra da Yehovaya gətirilən ünsiyyət qurbanının ətindən yeyərsə, xalqın arasından yox edilməlidir*”». 22  Yehova sözünə davam edib Musaya dedi: 23  «İsrail oğullarına belə de: “Nə malın, nə qoyunun, nə də keçinin piyini yeməməlisiniz.+ 24  Ölmüş və ya parçalanmış heyvanın piyindən başqa məqsədlər üçün istifadə etmək olar, yemək isə qəti qadağandır.+ 25  Yehovaya odda yandırılaraq təqdim olunan heyvanın piyindən yeyən adam xalqın arasından yox edilməlidir*. 26  Yaşadığınız heç bir yerdə qan yeməməlisiniz,+ nə quşun, nə də heyvanın. 27  Qan yeyən adam xalqın arasından yox edilməlidir*”».+ 28  Yehova sözünə davam edib Musaya dedi: 29  «İsrail oğullarına belə de: “Yehovaya ünsiyyət qurbanı gətirən adam qurbanın bir hissəsini Yehovaya təqdim etməlidir.+ 30  Heyvanın piyi+ ilə döşünü Yehova üçün odda yandırılan təqdimə kimi öz əli ilə təqdim etməlidir. Bunu yellətmə təqdiməsi+ olaraq Yehovanın önündə yellətməlidir. 31  Kahin piyi qurbangahda yandırsın,+ döş isə Harunun və oğullarının olacaq.+ 32  Ünsiyyət qurbanı kimi gətirdiyiniz heyvanın sağ budunu müqəddəs pay olaraq kahinə verməlisiniz.+ 33  Heyvanın sağ budu Harun oğullarından ünsiyyət qurbanının qanını və piyini təqdim edənin payıdır.+ 34  Çünki Mən İsrail oğullarının gətirdiyi ünsiyyət qurbanından yellətmə təqdiməsi olaraq gətirilən döşü və müqəddəs pay olan budu kahin Haruna və onun oğullarına verirəm. Bu, İsrail oğulları üçün həmişəlik qanundur.+ 35  Bu, Yehovaya odda yandırılaraq gətirilən təqdimələrdən Harun və oğulları üçün ayrılan paydır. Yehovanın kahini təyin edildikləri gündən bu pay onlarındır.+ 36  Yehova əmr etmişdi ki, onları məsh edəcəyi+ gün İsrail oğullarından bu pay onlara verilsin. Bu, nəsildən-nəslə duracaq həmişəlik qanundur”». 37  Bu, yandırma qurbanına,+ taxıl təqdiməsinə,+ günah qurbanına,+ təqsir qurbanına,+ kahinlik qurbanına+ və ünsiyyət qurbanına+ dair qanundur. 38  Yehova bu qanunu Musaya Sina dağında, İsrail oğullarına Sina səhrasında Yehovaya qurban gətirmək əmr edilən gün vermişdi.+

Haşiyələr

Yaxud öldürülməlidir.
Yaxud öldürülməlidir.
Yaxud öldürülməlidir.
Yaxud öldürülməlidir.