Hakimlər 17:1—13

  • Mikənin bütləri və kahini (1—13)

17  Əfraim dağlıq bölgəsində+ Mikə adlı bir adam yaşayırdı.  O, anasına dedi: «Yadındadır, səndən 1100 gümüş oğurlamışdılar, sən də mənim yanımda oğrunu lənətləmişdin? Gümüşləri mən götürmüşdüm, onlar məndədir». Onda anası dedi: «Qoy Yehova oğluma yar olsun!»  Mikə 1100 gümüşü anasına verdi, anası da dedi: «Mən bunları oğlumdan ötrü Yehovaya həsr edib bütlər düzəltdirəcəyəm.+ İndi bunları özünə qaytarıram».  Mikə gümüşləri anasına qaytarandan sonra anası 200 gümüş götürüb simgərə verdi. O, oyma və tökmə büt düzəltdi. Bütləri Mikənin evinə qoydular.  Mikənin bütxanası var idi. O, döşlük+ və ev bütləri*+ düzəltdirdi və oğlanlarından birini özü üçün kahin qoydu.+  O günlərdə İsraildə padşah yox idi.+ Hər kəs öz bildiyini edirdi.+  Yəhuda Beytləhmində+, yəhudalı bir ailədə müvəqqəti olaraq bir cavan lavili+ yaşayırdı.  O, Yəhuda Beytləhmindən çıxıb yaşamaq üçün yer axtarmağa getdi. Gəzə-gəzə gəlib Əfraim dağlıq bölgəsinə, Mikənin evinə çıxdı.+  Mikə ondan soruşdu: «Haradan gəlirsən?» O: «Yəhuda Beytləhmindən gəlirəm. Mən laviliyəm, yaşamağa yer axtarıram», — dedi. 10  Mikə dedi: «Mənim yanımda qal. Mənə nəsihətçi* və kahin ol. Sənə bir dəst paltar, yemək və ildə on gümüş verərəm». Lavili onunla qaldı. 11  Beləliklə, lavili Mikənin evində qalmağa razılaşdı və ona oğul kimi oldu. 12  Mikə lavilini özü üçün kahin qoydu+ və o, Mikənin evində yaşadı. 13  Mikə dedi: «İndi bilirəm ki, Yehova mənə yar olacaq, çünki lavili mənim kahinim oldu».

Haşiyələr

Hərfən: ata.