Efeslilərə məktub 4:1—32
4 Beləliklə, Ağa uğrunda məhbus+ olan bir adam kimi sizə yalvarıram: aldığınız dəvətə layiq yaşayın.+
2 Tam təvazökarlıq+, mülayimlik, səbir+ və məhəbbətlə bir-birinizə qarşı dözümlü olub+
3 sülhün birləşdirici telləri arasında ruhun verdiyi birliyi qorumağa ürəkdən çalışın.+
4 Dəvət olunduğunuz ümid bir+ olduğu kimi, bədən də bir+, ruh da bir+,
5 Ağa da bir,+ iman da bir, vəftiz* də bir,
6 hamının Atası və Allahı da birdir. O, hamının üzərindədir, hamı vasitəsilə və hamıda fəaliyyət göstərir.
7 Hər birimizə Məsihin bölüşdürdüyü ənama uyğun olaraq lütf verilib.+
8 Buna görə də yazılıb: «O göyə qalxanda əsirləri özü ilə apardı, insan timsalında hədiyyələr verdi».+
9 Deməli, o, aşağılara, yəni yer üzünə enmişdi ki, «qalxdı» deyilib.
10 Hər şeyi tamamlamaq üçün həm enən, həm də uca göylərin zirvəsinə qalxan+ eyni kəsdir.
11 O, kimini həvari*+, kimini peyğəmbər+, kimini müjdəçi+, kimini də çoban və müəllim+ kimi verdi ki,
12 müqəddəsləri öyrətsinlər*, xidmət işini görsünlər, Məsihin bədənini* inşa etsinlər,+
13 ta o vaxtacan ki biz hamımız imanda birliyə və Allahın Oğlunu tanımaqda vəhdətə, yetkin insan+ səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişək.
14 Beləliklə, biz uşaq olmamalıyıq, insanların fırıldağından, hiyləsindən və fənd-felindən doğan hər cür təlim, külək kimi,+ bizi ora-bura aparmamalı, dəniz dalğaları kimi, atıb-tutmamalıdır.
15 Gəlin həqiqəti söyləyərək bədənin başı olan Məsihə+ doğru hər şeydə məhəbbətlə inkişaf edək.
16 Onun vasitəsilə bütün bədən üzvləri+ həmahəng surətdə birləşib. Hər bir üzv müxtəlif vacib rolları yerinə yetirən oynaqlar vasitəsilə qarşılıqlı fəaliyyət göstərir. Hər bir üzv öz işini düzgün görəndə bu, bədənin böyüməsinə və məhəbbətdə möhkəmlənməsinə kömək edir.+
17 Buna görə də sizə deyirəm, Ağanın qarşısında sizə nəsihət verirəm: artıq puç düşüncələrə uyub yaşayan başqa xalqlar kimi yaşamayın.+
18 Onlar əqlən qaranlıqdadırlar, cahilliklərinə görə, ürəkləri küt olduğuna görə Allaha məxsus həyata qarşı yadlaşıblar.
19 Onlar abır-həyanı büsbütün itirərək acgözlüklə hər cür natəmiz iş görmək üçün özlərini azğınlıq*+ girdabına qərq ediblər.
20 Lakin siz Məsihi belə tanımamısınız,
21 əlbəttə, əgər siz, doğrudan da, onu dinləyib ondan öyrənmisinizsə. Çünki həqiqət İsadadır.
22 Siz öyrənmişdiniz ki, əvvəlki davranış tərzinizə xas olan və aldadıcı arzuları ilə pozğunlaşan köhnə şəxsiyyəti əyninizdən çıxarmalısınız,+
23 daima düşüncə tərzinizi yeniləşdirməlisiniz,+
24 Allahın iradəsinə əsasən və həqiqi salehliklə sədaqətə uyğun yaradılmış yeni şəxsiyyətə bürünməlisiniz.+
25 Buna görə də artıq yalanı kənara qoyduğunuz üçün bir-birinizə həqiqəti söyləyin,+ çünki biz hamımız bir bədənin üzvüyük.+
26 Qəzəblənsəniz də günah işləməyin,+ gün batana qədər hirsli qalmayın,+
27 İblisə fürsət verməyin.+
28 Oğurluq edən daha oğurluq etməsin, əlinin halal zəhməti ilə dolansın+ ki, korluq çəkənə də əl tuta bilsin.+
29 Qoy dilinizdən heç bir pis* söz çıxmasın,+ ancaq zərurətə görə imanı möhkəmləndirmək üçün yaxşı söz söyləyin ki, sizi dinləyənlərə fayda gətirsin.+
30 Həmçinin Allahın müqəddəs ruhunu kədərləndirməyin,+ çünki siz fidyə vasitəsilə azadlığa çıxacağınız gün üçün+ bu ruhla möhürlənmisiniz.+
31 Hər cür kini+, hirsi, qəzəbi, qışqırığı, təhqiri+, habelə zərər gətirən hər şeyi kənara qoyun.+
32 Bir-birinizə qarşı xeyirxah, şəfqətli olun,+ Allah Məsih vasitəsilə sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlayın.+
Haşiyələr
^ Yun. apostolos. Mənası: göndərilmiş; elçi.
^ Yaxud müqəddəslərə düzəliş etsinlər.
^ Yəni yığıncağı.
^ Yaxud abırsızlıq. Yun. aselgeya. Lüğətdə «azğınlıq» sözünə bax.
^ Hərfən: çürük.