İkinci Salnamələr 8:1—18

  • Süleymanın digər tikinti layihələri (1—11)

  • Məbəddə müqəddəs xidmət (12—16)

  • Süleyman padşahın gəmiləri (17, 18)

8  Süleyman Yehovanın evini və öz evini iyirmi ilə tikdi.+  Sonra Hiramın+ verdiyi şəhərləri bərpa edib israilliləri orada məskunlaşdırdı.  Süleyman Həməs-Sobaha hücum edib oranı ələ keçirdi.  O, səhradakı Tadmuru və Həməsdə+ tikdiyi anbar şəhərlərini+ bərpa etdi.  Yuxarı və Aşağı Beyt-Hurunu,+ cəftəli darvazaları olan qala-şəhərlərini,  Baalatı+, özünün anbar şəhərlərini, arabalar üçün ayrılan şəhərləri,+ süvarilər üçün ayrılan şəhərləri inşa etdi. O həmçinin Yerusəlimdə, Livanda və bütün səltənətində könlü istədiyi hər şeyi tikdi.  İsrailli olmayan hetlərdən, amorilərdən, fərizilərdən, hivilərdən, yəbusilərdən+ sağ qalanları,+  onların ölkədə yaşayan nəsillərini — israillilərin məhv etmədiyi adamların hamısını+ Süleyman kölə kimi işlətdi. Bu, indiyədək belədir.+  Amma israillilərdən heç kimi öz işində qul kimi işlətmədi.+ Onlar döyüşçü idilər, yavər, arabaçı və süvarilərin başçısı idilər.+ 10  Süleyman padşahın işlərinə 250 nəzarətçi başçılıq edir, işçilərə nəzarət edirdi.+ 11  Süleyman fironun qızını+ Davud şəhərindən çıxarıb onun üçün tikdiyi evə gətirdi.+ O dedi: «O, mənim arvadım olsa da, İsrail padşahı Davudun evində yaşamamalıdır, çünki Yehovanın sandığının olduğu yerlər müqəddəsdir».+ 12  Sonra Süleyman eyvanın+ qabağında düzəltdiyi Yehovanın qurbangahı+ üzərində Yehovaya yandırma qurbanları gətirdi.+ 13  O, gündəlik təqdimələri və şənbə günləri+, təzə ay mərasimləri+, ildə üç dəfə qeyd olunan bayramlarla+ — Mayasız çörək bayramı+, Həftələr bayramı+ və Çardaqlar bayramı+ ilə bağlı Musanın verdiyi göstərişlərə uyğun olaraq, qurbanlar gətirirdi. 14  Həmçinin o, atası Davudun təsis etdiyi qaydaya əsasən, kahin bölüklərini+ öz mövqelərinə, lavililəri gündəlik qaydaya görə kahinlərin yanında Allahı mədh etməyə+ və xidmət etməyə qoydu. Hər darvazaya bölüklərinə görə keşikçilər təyin etdi.+ Çünki Allah adamı Davud belə buyurmuşdu. 15  Onlar hər məsələdə, anbarlarla bağlı məsələlərdə padşahın kahinlərə və lavililərə verdiyi əmrə riayət etdilər. 16  Yehovanın evinin təməli qoyulandan+ tikinti qurtarana qədər Süleyman bütün işləri yaxşı təşkil etmişdi. Beləcə, Yehovanın evinin inşası başa çatdı.+ 17  Həmin vaxt Süleyman Əzyun-Qəbərə+ və Ədum məmləkətində, dəniz sahilində yerləşən Elata+ getdi.+ 18  Hiram+ xidmətçiləri vasitəsilə ona gəmilər və təcrübəli dənizçilər göndərirdi. Onlar Süleymanın xidmətçiləri ilə Ofirə+ gedir və oradan Süleyman padşaha 450 talant* qızıl gətirirdilər.+

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.