İkinci işmuil 19:1—43

  • Davud Absalama görə yas tutur (1—4)

  • Yuab Davudu tənqid edir (5—8a)

  • Davud Yerusəlimə qayıdır (8b—15)

  • Şimay Davuddan əfv diləyir (16—23)

  • Mefiboşetin günahı yoxdur (24—30)

  • Bərzillaya xüsusi hörmət (31—40)

  • Qəbilələr arasında münaqişə (41—43)

19  Yuaba dedilər: «Padşah ağlayır, Absalama görə yas tutur».+  Həmin gün xalq üçün qələbə yasa çevrildi. Çünki hamı eşitdi ki, padşah oğlundan ötrü qəm içindədir.  Həmin gün xalq döyüş meydanından qaçan əsgərlər kimi xəcalət çəkə-çəkə səssiz-səmirsiz şəhərə qayıtdı+.  Padşah üzünü örtüb ucadan: «Oğlum Absalam, oğlum, oğlum Absalam!» — deyərək ağlayırdı.+  Yuab evə, padşahın yanına gəlib dedi: «Sən bu gün səni, oğullarını+, qızlarını+, arvadlarını, cariyələrini+ qurtaran bütün xidmətçilərini utandırdın.  Kim sənə nifrət edir, sən onları sevirsən, kim səni sevir, onlara nifrət edirsən. Bu gün açıq-aydın göstərdin ki, sərkərdələrinin, xidmətçilərinin sənin gözündə zərrə qədər dəyəri yoxdur. Əminəm ki, hamımız ölsəydik, təkcə Absalam sağ qalsaydı, sənin üçün daha yaxşı olardı.  Qalx, get xidmətçilərini ürəkləndir. Əgər getməsən, Yehovaya and olsun ki, bu gün sənin tərəfində bir nəfər də qalmayacaq. Bu, gəncliyindən bu günədək başına gələn müsibətlərin ən betəri olacaq».  Padşah qalxıb şəhər darvazasında oturdu. Camaata xəbər verildi ki, padşah darvazada oturub. Hamı axışıb padşahın hüzuruna gəldi. Qalan israillilər qaçıb hərə öz evinə getmişdi.+  İsrailin bütün qəbilələrində mübahisə gedirdi: «Padşah bizi düşmənlərdən xilas etmişdi,+ filiştlilərin əlindən qurtarmışdı. Amma indi özü Absalama görə ölkədən qaçıb.+ 10  Padşah olaraq məsh etdiyimiz Absalam+ döyüşdə ölüb.+ Bəs padşahı geri qaytarmaq üçün niyə heç nə eləmirsiniz?» 11  Davud padşah kahinlərə, Sadıqla+ Əbyatara+ xəbər göndərib dedi: «Yəhuda ağsaqqalları ilə danışıb+ belə deyin: “İsraildə gəzən söz-söhbət padşaha çatıb. Siz niyə padşahı saraya qaytarmaqda axıra qalırsınız? 12  Axı siz mənim qardaşlarımsınız. Ətim, qanım sizlərdəndir. Niyə siz padşahı geri qaytarmaqda axıra qalırsınız?” 13  Amassaya+ da deyərsiniz: “Ətin ətimdən, qanın qanımdandır. Əgər bundan sonra səni Yuabın yerinə ordu başçısı qoymasam,+ qoy Allah məni cəzalandırsın”». 14  Beləliklə, o, bütün Yəhudanın ürəyini ələ aldı. Onlar padşaha xəbər göndərdilər: «Xidmətçilərinlə birlikdə geri qayıt». 15  Padşah yola düşdü və gəlib İordana çatdı. Bütün Yəhuda xalqı padşahı qarşılamaq və onu İordandan keçirmək üçün Gilqala+ gəldi. 16  Bahurimdən olan binyaminli Qirah oğlu Şimay+ yəhudalılarla birgə Davud padşahı qarşılamağa tələsdi. 17  Onunla birlikdə min binyaminli də var idi. Talut evində nökər olan Zibah+ on beş oğlu və iyirmi qulluqçusu ilə tez-tələsik gedib özünü padşahdan qabaq İordana çatdırdı. 18  O*, padşahın ev əhlini bu taya keçirmək və padşahın qulluğunda hazır olmaq üçün keçiddən o taya keçdi. Padşah İordanı keçməyə hazırlaşanda Qirah oğlu Şimay onun önündə yerə döşənib 19  dedi: «Ya hökmdar, günahımdan keç, Yerusəlimdən çıxdığın gün bu qulunun sənin qarşında etdiyi təqsiri unut.+ Qoy hökmdarım bunu ürəyinə salmasın. 20  Bilirəm ki, böyük qələt eləmişəm, ona görə də hökmdarı qarşılamaq üçün Yusif evindən hamıdan qabaq gəlmişəm». 21  Onda Sərya+ oğlu Abşay+ dedi: «Şimay ölməli deyil? Axı o, Yehovanın məsh olunmuşuna lənət oxumuşdu».+ 22  Amma Davud dedi: «Axı sizin nə işinizə qalıb, ey Sərya oğulları?+ Niyə bu gün mənə asi çıxırsınız? Heç belə bir gündə İsraildə kimisə öldürmək olar? Məgər mən bilmirəm ki, İsraildə padşah mənəm?» 23  Sonra padşah and içib Şimaya dedi: «Sən ölməyəcəksən».+ 24  Talutun nəvəsi Mefiboşet+ də padşahı qarşılamağa gəlmişdi. Padşahın çıxıb getdiyi gündən sağ-salamat qayıtdığı günə qədər o ayaqlarına baxmamış, bığlarını səliqəyə salmamış, paltarlarını yumamışdı. 25  O, padşahı qarşılamaq üçün Yerusəlimə* gələndə padşah ona dedi: «Mefiboşet, nə üçün mənimlə getmədin?» 26  O dedi: «Ey hökmdar, qulum+ mənə kələk gəldi. Mən dedim ki: “Eşşəyi palanlayım, minib padşahla gedim”. Axı bu qulun şikəstdir.+ 27  Amma o, hökmdarın yanında mənə böhtan atdı.+ İndi, ey hökmdar, sən Allahın mələyi kimisən. Sənə nə xoşdursa, onu da et. 28  Hökmdar atamın bütün nəslini ölümə məhkum edə bilərdi, lakin mənə süfrəsində oturanların arasında yer verdi.+ İndi padşaha şikayət etməyə mənim nə haqqım var?» 29  Padşah ona dedi: «Artıq danışmağa lüzum yoxdur. Mən qərarımı vermişəm, Zibahla torpağı yarı bölün».+ 30  Mefiboşet ona dedi: «İndi ki hökmdar sağ-salamat öz sarayına qayıdıb, qoy hamısı onun olsun». 31  Giladlı Bərzillay+ padşahı İordan çayına qədər ötürmək üçün Rəclimdən İordana gəlmişdi. 32  Bərzillay çox qoca idi, onun səksən yaşı var idi. O, varlı-hallı adam idi. Padşah Mahanayimdə qaldığı vaxt ərzində o, padşahı azuqə ilə təmin etmişdi.+ 33  Padşah Bərzillaya dedi: «Mənimlə birlikdə o taya keç. Yerusəlimdə mənim süfrəmdə oturarsan».+ 34  Amma Bərzillay padşaha dedi: «Nə ömrüm qalıb ki, padşahla Yerusəlimə gedim? 35  Səksən yaşım var,+ yaxşını pisdən ayırd edə bilmirəm, yediyimin-içdiyimin dadını bilmirəm. Xanəndələrin səsindən zövq almıram.+ Heç rəvadırmı ki, bu qulun padşaha yük olsun? 36  Qulunun padşahla İordana qədər gəlməsi bəsdir. Niyə padşah mənə belə mükafat verməlidir? 37  İzin ver qayıdım, öz şəhərimdə, ata-anamın qəbrinin yanında ömrümü başa vurum.+ Budur qulun Kimham.+ Qoy o, hökmdarla çayı keçsin. Sən də nə məsləhət bilərsən, onun üçün edərsən». 38  Onda padşah dedi: «Kimham mənimlə gedəcək. Sən nə istəsən, onun üçün edəcəyəm. Nə diləyin var, yerinə yetirəcəyəm». 39  Bütün camaat İordanı keçməyə başladı. Padşah İordanı keçəndə Bərzillayı öpüb+ ona alqış oxudu. Bərzillay evinə qayıtdı. 40  Padşah Gilqala+ tərəf keçəndə Kimham da onunla birlikdə keçdi. Bütün yəhudalılar və İsrail xalqının yarısı padşahı çaydan keçirdi.+ 41  Sonra bütün israillilər padşaha yaxınlaşıb dedilər: «Nə üçün qardaşlarımız yəhudalılar səni oğurladılar, səni, ev əhlini və adamlarını özləri çaydan keçirtdilər?»+ 42  Yəhudalılar israillilərə dedilər: «Çünki padşah bizim qohumumuzdur.+ Niyə acığınıza gəlir? Bəyəm padşah bizi yedirib, yoxsa bizə hədiyyə verib?» 43  Amma israillilər yəhudalılara dedilər: «Səltənətdə bizim on payımız var. Odur ki, Davuda sizdən çox bizim haqqımız çatır. Nə üçün bizə xor baxdınız? Padşahımızı geri qaytarmağa biz birinci getməli deyildik?» Amma yəhudalıların sözü israillilərin sözündən daha kəsərli oldu.

Haşiyələr

Digər variant: onlar.
Digər variant: Yerusəlimdən.