Ərəmya 6:1—30

  • Yerusəlimin mühasirəsi yaxındır (1—9)

  • Yehovanın Yerusəlimə qəzəbi (10—21)

    • «Sülh!» deyirlər (14)

  • Şimaldan qəddar xalq gəlir (22—26)

  • Ərəmya xalqı gümüştək yoxlayacaq (27—30)

6  Ey Binyamin oğulları, sığınacaq tapın, Yerusəlimdən qaçın. Təquhda+ şeypur çalın.+ Beyt-Həkarimdə odla işarə verin! Çünki şimaldan bəla, müsibət gəlir.+   Sion qızı gözəl, incə qadına oxşayır.+   Çobanlar sürülərlə gələcək. Hər tərəfində çadırlarını quracaq,+Hər biri öz sürüsünü otaracaq.+   «Şəhərlə döyüşə hazırlaşın! Qalxın, günün günorta çağı ona hücum edək!» «Vay halımıza, gün qüruba enir,Axşam kölgələri uzanır!»   «Qalxın, gecə vaxtı hücuma keçək,İstehkamlı bürcləri dağıdaq».+   Çünki ordular Allahı Yehova deyir: «Ağac kəsin, Yerusəlimin ətrafında mühasirə bəndi qurun.+ Bu şəhərdən haqq-hesab tələb etmək lazımdır,Ora zülmlə, zillətlə doludur.+   Quyudan sərin su çıxdığı kimi,Şəhərdən də pislik çıxır. Oradan zorakılıq, məhv səsləri gəlir,+Gözüm ancaq xəstəlik, bəla görür.   Düzəl, ey Yerusəlim, yoxsa səndən iyrənib üz döndərərəm,+Səni ins-cins olmayan xarabaya çevirərəm».+   Ordular Allahı Yehova deyir: «İsraildə sağ qalanlar tənəkdə qalan salxımlar kimi, yığılacaq. Sən üzümyığan kimi əlini tənəyə uzat». 10  «Kiminlə danışım, kimə xəbərdarlıq edim? Kim qulaq asacaq? Qulaqları tıxanıb, eşitmirlər.+ Yehovanın sözünü saymırlar,+Onu bəyənmirlər. 11  Odur ki, içim Yehovanın qəzəbilə doludur,Onu saxlamaqdan yorulmuşam».+ «Onu küçədəki uşaqların,Bir yerə toplaşmış cavan-cahılın üstünə tök.+ Ər də, arvad da, yaşlı da, qoca da,Hər kəs ələ keçəcək.+ 12  Evləri, tarlaları, arvadlarıBaşqasının olacaq.+ Çünki əlimi bu ölkənin sakinlərinə qarşı qaldırıram», — bəyan edir Yehova. 13  «Rəiyyətdən əsilzadəyə kimi hər kəs haram qazanc dalınca düşür,+Peyğəmbərdən kahinə kimi hər kəs fırıldaqçılıq edir.+ 14  Xalqımın yarasını üzdən müalicə edirlər,Sülh olmaya-olmaya“Sülh! Sülh!” deyirlər.+ 15  Gör heç iyrənc əməllərinə görə utanırlar? Onlar utanmazdır,Utanmaq nədir bilmirlər.+ Buna görə onlar da yıxılanlar arasında olacaqlar. Mən onları cəzalandıranda büdrəyəcəklər», — deyir Yehova. 16  Yehovanın sözü budur: «Yolayrıcında durub baxın,Qədim yolları soruşun,Öyrənin görün düz yol hansıdır, o yolla gedin,+Dinclik tapın». Onlarsa deyirlər: «O yolla getməyəcəyik».+ 17  «Gözətçilər qoydum.+ Gözətçilər: “Şeypur səsinə qulaq asın!” dedilər».+ Xalq isə: «Qulaq asmayacağıq» dedi.+ 18  «Odur ki, dinləyin, ey xalqlar! Bil, ey qövm,Onların başına nə gələcək. 19  Eşit, ey dünya! Bu xalqın başına fəlakət gətirəcəyəm,+Fitnələrinin bəhrəsini biçəcəklər. Çünki sözlərimə məhəl qoymadılar,Qanunumu rədd etdilər». 20  «Səbadan gətirdiyiniz kündür,Uzaq diyardan gətirdiyiniz ətirli qamış nəyimə lazımdır? Yandırma qurbanlarınızı qəbul etmirəm,Qurbanlarınız Mənə xoş deyil».+ 21  Buna görə Yehova belə deyir: «Bu xalqın yoluna daş-kəsək qoyuram,Ata, oğul,Qonum-qonşu,Hər kəs büdrəyəcək,Həlak olacaq».+ 22  Yehova belə deyir: «Budur, şimal torpağından bir xalq gəlir. Dünyanın ən ucqar yerlərindən böyük bir xalq ayağa qalxır.+ 23  Əllərində yay-kaman, mizraq var,Qəddardırlar, rəhmsizdirlər. Dəniz kimi uğuldayırlar,Atlara süvar olublar.+ Ey Sion qızı, bir nəfər kimi qarşında səf qurublar». 24  Bu xəbəri eşitdik,Əlimiz yanımıza düşdü,+Doğan qadın kimi bizi sancı tutdu,Əzab içindəyik.+ 25  Tarlaya getmə,Küçədə gəzmə,Çünki düşmən qılınc tutub,Hər tərəfi dəhşət bürüyüb. 26  Ey mənim xalqım,Çul geyin,+ kül içində qıvrıl,Yeganə oğluna yas tuturmuş kimi acı-acı ağla,+Çünki qatil üstümüzə qəfil gələcək.+ 27  «Səni* xalqımın arasına qoydum ki, onları gümüştək yoxlayasan,Yaxşı-yaxşı sınaqdan keçirəsən. Sən onlara nəzər salıb əməllərini sına. 28  Onlar tərsdir, inadkardır.+ Orada-burada gəzib şayiə yayırlar,+Misə, dəmirə bənzəyirlər. Hamısı pozğundur. 29  Körüklər yanıb,Oddan yalnız qurğuşun çıxır. Usta ha əlləşib-vuruşur, onları saflaşdıra bilmir,+Pis adamlar ayrılmır.+ 30  Onlara “atılmış gümüş” deyəcəklər,Çünki Yehova onları rədd edib».+

Haşiyələr

Yəni Ərəmyanı.