Ərəmya 46:1—28
46 Yehovadan Ərəmya peyğəmbərə xalqlar barədə söz nazil oldu.+
2 Misir+ barədə, Fərat çayının kənarında olan, Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin hakimiyyətinin dördüncü ilində+ Babil padşahı Navuxodonosorun Karxemişdə məğlub etdiyi firon Nehonun+ ordusu ilə bağlı bu söz nazil oldu:
3 «Kiçik, böyük qalxanlarınızı hazırlayın,Döyüşə atılın.
4 Ey süvarilər, atları yəhərləyin, minin.
Dəbilqənizi taxıb yerinizi tutun.
Nizələrinizi itiləyin, zirehinizi geyinin.
5 “Bu nədir görürəm?
Onlar dəhşət içində geri çəkilirlər, döyüşçülər darmadağın olublar.
Təlaş içində qaçırlar, döyüşçülər arxaya da baxmırlar.
Hər yanı dəhşət bürüyüb”, — bəyan edir Yehova.
6 “Ayaqdan iti olanlar qaça bilmir, döyüşçülər canını qurtara bilmir.
Şimalda Fərat çayının kənarındaBüdrəyib yıxıldılar”.+
7 Nil kimi qalxan,Gursulu çaylar kimi coşan bu kimdir belə?
8 Nil kimi qalxan,Gursulu çaylar kimi coşan Misirdir.+O deyir: “Qalxıb yer üzünü basacağam.
Şəhəri, sakinlərini məhv edəcəyəm”.
9 Şahə qalxın, ey atlar!
Dəli kimi sürün, ey arabalar!
Əlində nizə tutan Kuş, Put döyüşçüləri,+Ox oynadıb kaman gərən Ludim+ döyüşçüləri+İrəli getsin!
10 O gün Külli-İxtiyarın, ordular Allahı Yehovanın günüdür. O, həmin gün düşmənlərindən qisas alacaq. Qılınc onları yeyib-doyacaq, qanlarını içib susuzluğunu yatıracaq. Çünki Külli-İxtiyar, ordular Allahı Yehova şimalda Fərat çayının kənarında qurban kəsəcək.+
11 Ey bakirə Misir qızı,Gilada qalxıb oradan balzam al.+
Nahaq yerə məlhəmlərini artırdın,Onsuz da dərdinə əlac yoxdur.+
12 Xalqlar sənin rüsvayçılığından xəbər tutdu,+Fəryadın ölkəni bürüyüb.
Çünki döyüşçülər bir-birinə ilişib yıxılırlar».
13 Babil padşahı Navuxodonosorun gəlib Misiri darmadağın edəcəyi barədə Ərəmya peyğəmbərə Yehovadan nazil olan söz budur:+
14 «Bunu Misirdə bəyan edin, Miqdolda+ car çəkin.
Nofda, Təfnisdə+ elan edin.
Deyin: “Yerinizi tutun, hazırlaşın,Qılınc yan-yörənizdə olan hər şeyi yeyib-bitirəcək.
15 Niyə güclü adamlarınız yox oldu?
Onlar yerlərində dura bilmədilər,Yehova onları itələyib yıxdı.
16 Çoxlu adam büdrəyir, yıxılır.
Bir-birinə deyir:
“Dur, amansız qılıncın əlindən qaçıbYurdumuza, xalqımızın yanına qayıdaq”.
17 Orada car çəkirlər:“Misir hökmdarı firon yalandan guruldayır,O, fürsəti fövtə verdi”.+
18 Adı ordular Allahı Yehova olan hökmdar bəyan edir: “Varlığıma and olsun,Tabur+ dağlar arasında,Karmel+ dəniz sahilində necə görünürsə, o* da o cür gələcək.
19 Ey Misirdə yaşayan qız,Əsirliyə getmək üçün boğçanı yığ,
Çünki Nof dəhşətli hala düşəcək,Ona od vurub yandıracaqlar*, sakinsiz qoyacaqlar.+
20 Misir gözəl düyəyə oxşayır,Amma şimaldan üstünə mozalan gələcək.
21 Muzdlu əsgərləri kök danaya oxşayır,Amma onlar da çevrilib qaçdılar.
Yerlərində dura bilmədilər.+
Çünki onları fəlakət günü,Haqq-hesab günü haqlayıb”.
22 “O, qıvrılan ilan kimi fışıldayır,Çünki ağac kəsənlər kimi balta ilə,Böyük qüvvə ilə onun ardınca gəlirlər.
23 Keçilməz görünsə də, meşəsini qıracaqlar, — bəyan edir Yehova.
Çünki onlar çəyirtkələrdən də çoxdurlar, saya-hesaba gəlmirlər.
24 Misir qızı rüsvay olacaq.
Şimal xalqının əlinə veriləcək”.+
25 İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “İndi No*+ şəhərinin Amununa+, firona, Misirə, onun allahlarına,+ padşahlarına nəzər salacağam ki, onları cəzalandırım. Bəli, fironu və ona güvənənlərinin hamısını+ cəzalandırıram”.
26 “Onları canlarının qəsdinə duranlara, Babil padşahı Navuxodonosora və onun xidmətçilərinə təslim edəcəyəm.+ Amma bundan sonra əvvəlki kimi orada məskən salıb yaşayacaqlar”,+ — bəyan edir Yehova.
27 “Sən isə, qulum Yaqub, qorxma,Dəhşətə gəlmə, ey İsrail.+
Mən səni uzaq diyarlardan,Övladlarını əsarətdə olduqları ölkədən qurtaracağam.+
Yaqub geri qayıdacaq, dinc, arxayın yaşayacaq,Onu hürküdən olmayacaq.+
28 Qorxma, ey qulum Yaqub, Mən səninləyəm, — bəyan edir Yehova.
Səni aralarına səpələdiyim xalqları məhv edəcəyəm,+Səni isə məhv etməyəcəyəm.+
Səni lazımi ölçüdə islah edəcəyəm,+Cəzasız buraxmayacağam”».