Əşiya 48:1—22

  • İsrail saflaşdırılır (1—11)

  • Yehova Babilə qarşı qalxacaq (12—16a)

  • Allahın öyüdü xeyirlidir (16b—19)

  • Babildən çıxın! (20—22)

48  Dinlə, ey Yaqub evi,Ey özünü İsrailin adı ilə adlandıran,+Ey Yəhuda sularından çıxan*,Ey Yehovanın adına and içən,+İsrailin Allahını çağıran,Lakin bunu həqiqətə uyğun, salehliklə etməyən.+  2  Onlar deyirlər ki, müqəddəs şəhərdəndirlər,+Adı ordular Allahı Yehova olanİsrailin Allahına üz tuturlar.+  3  «Keçmişdə olanları Mən lap əzəldən demişdim,Bu şeylər Mənim ağzımdan çıxmışdı,Onları Mən əyan etmişdim.+ Sonra qəfil hərəkətə keçdim, onlar gerçəkləşdi.+  4  Bilirdim, siz çox inadkarsınız,Boynunuzun əzələləri* dəmirdən, alnınız misdəndir,+  5  Ona görə sizə lap əvvəldən demişdim,Bu şeylər baş verməmişdən sizə bildirdim ki,Sonra deməyəsiniz, “bunu mənim bütüm eləyib,Oyma bütümün, tökmə bütümün hökmü ilə olub”.  6  Siz bütün bunları eşidib gördünüz. Məgər bunları bəyan etməli deyilsiniz?+ İndi isə Mən sizə yeni şeyləri,Gizli saxlanılan, bilmədiyiniz şeyləri əyan edirəm.+  7  Bunlar indi gerçəkləşir, bu cür şeylər qədimdə olmayıb,İndiyədək bunlar barədə eşitməmisiniz. Odur ki, deyə bilməzsiniz “əşi, mən bunları bilirdim”.  8  Xeyr, eşitməmisiniz,+ bilmirsiniz,Ta keçmişdən qulaqlarınız tıxanmışdır. Sizin necə xəyanətkar olduğunuzu bilirəm,+Ta doğulandan adınız asidir.+  9  Adım naminə qəzəbimi saxlayacağam,+Şanım naminə səbir göstəribSizi məhv etməyəcəyəm.+ 10  Sizi gümüş kimi olmasa da, saflaşdırdım.+ Sizi əzab sobasında sınadım*.+ 11  Öz xatirimə, Öz xatirimə hərəkətə keçəcəyəm,+Adımın ləkələnməsinə yol vermərəm.+ Şanımı heç kəsə vermərəm*. 12  Ey Yaqub, ey çağırdığım İsrail, Məni dinlə. Mən həmişəkiyəm.+ İlk Mənəm, son da Mənəm.+ 13  Yerin təməlini qoyan Mənim əlim olub,+Göyləri sağ əlim yayıb.+ Onları çağıran kimi hamısı hazır durur. 14  Hamınız toplaşıb qulaq asın. Bunlardan hansı biri bu şeyləri xəbər verib? Yehova ona mehr saldı.+ O, Babilə istədiyini edəcək,+Onun qolu kəldanilərin üzərinə enəcək.+ 15  Mən demişəm, onu Mən çağırmışam,+Onu Mən gətirmişəm, onun yolu uğurlu olacaq.+ 16  Yaxın gəlin, görün nə deyirəm. Mən heç vaxt xəlvətdə danışmamışam.+ Bu şeylər başlayandan Mən orada idim». Məni Külli-İxtiyar Yehova və Onun ruhu göndərdi. 17  Sənin Qurtarıcın, İsrailin Müqəddəsi Yehova belə deyir:+ «Mən sənin Allahın Yehovayam,Mən sənin xeyrinə səni öyrədirəm,+Səni getməli olduğun yolla aparıram.+ 18  Kaş əmrlərimə diqqət yetirəydin!+ Onda əmin-amanlığın çay kimi,+Salehliyin dəniz dalğaları kimi olardı.+ 19  Nəslin qum qədər,Övladların qum dənələri qədər olardı.+ Adları heç vaxt önümdən silinib yox olmazdı». 20  Babildən çıxın!+ Kəldanilərdən qaçın! Sevinc sədaları ilə bəyan edin, car çəkin!+ Dünyanın nəhayətlərinə çatdırın,+Deyin: «Yehova qulu Yaqubu azad etdi!»+ 21  Onları biyabanla aparanda onlar susamadılar.+ Onlar üçün qayadan su axıtdı,Qayanı yarıb gur su çıxartdı».+ 22  Yehova deyir: «Şər adamlar sülh görməyəcək».+

Haşiyələr

Digər variant: ey Yəhudadan törəyən.
Yaxud vətərləri.
Digər variant: seçdim.
Yaxud şanımı başqası ilə bölüşmərəm.