Əşiya 38:1—22

  • Hizqiyyə xəstələnir; sağalır (1—22)

38  O vaxt Hizqiyyə xəstələnib ölüm yatağına düşdü.+ Amuz oğlu Əşiya peyğəmbər+ onun yanına gəlib dedi: «Yehova belə deyir: “Ev əhlinə vəsiyyətini elə, çünki sağalmayacaqsan, öləcəksən”».+  Hizqiyyə üzünü divara çevirib Yehovaya dua etdi:  «Yehova, yalvarıram, nə olar, yadına sal,+ mən necə önündə sidqi-ürəklə, sədaqətlə yerimişəm,+ Sənə məqbul işlər görmüşəm». Hizqiyyə acı-acı ağladı.  Onda Əşiyaya Yehovadan bu söz nazil oldu:  «Qayıt, Hizqiyyəyə de ki,+ əcdadın Davudun Allahı Yehova belə deyir: “Duanı eşitdim.+ Göz yaşlarını gördüm.+ Ömrünü on beş il artıracağam.+  Səni də, bu şəhəri də Aşşur padşahının əlindən qurtaracağam, bu şəhəri qoruyacağam.+  Yehova dediyi sözü yerinə yetirəcək. Yehova sənə bu əlaməti verir:+  Mən günəş endikcə Əhəz pilləkəninə* düşən kölgəni on pillə dala aparacağam”».+ Beləcə, kölgə pillələrlə on pillə dala qayıtdı.  Yəhuda padşahı Hizqiyyənin xəstələnib sağalandan sonra yazdığı sözlər. 10  Dedim: «Ömrümün ortasındaMəzarın* qapılarından keçməliyəm,Qalan illərimdən məhrum oluram». 11  Dedim: «Yahı* görməyəcəyəm, daha işıqlı dünyada* Yahı görməyəcəyəm,+Hər şeyin sona çatdığı yerin sakinləri arasına düşəndəDaha insan üzü görməyəcəyəm. 12  Yurdum çoban alaçığıtək söküldü,Əlimdən alındı.+ Toxucu parçanı bükəntək həyatımı bükdüm. O, məni əriş ipləritək kəsir. Sən məni sübhdən gün batanadək ölümün ağuşuna atırsan.+ 13  Səhərə qədər özümü ovundururam. O, aslan kimi bütün sümüklərimi qırır. Sən məni sübhdən gün batanadək ölümün ağuşuna atırsan.+ 14  Uzunqanadtək, qaratoyuqtək* çığırıram.+ Göyərçintək inildəyirəm.+ Gözlərim yorğun-yorğun yuxarı baxır:+ “Yehova, yaman dardayam,Mənə kömək ol!”+ 15  Nə deyim? O, mənə dediyini etdi. Dərdimin acısındanQalan illərimi sakit yaşayacağam. 16  Ey Yehova, insanı bunlar* yaşadır. Ruhum onlarla yaşayır. Mənə şəfa verərsən, məni yaşadarsan.+ 17  Əmin-amanlıq əvəzinə ağrı-acı gördüm. Mənə olan məhəbbətindənMəni həlak qəbrindən qorudun.+ Bütün günahlarımı arxana tulladın.+ 18  Axı Məzar* Səni ucaltmaz,+Ölüm Sənə tərif deməz.+ Qəbrə enənlər sədaqətinə güvənməz.+ 19  Dirilər, yalnız dirilər səni təriflər,Mən bu gün etdiyim kimi. Ata oğullarına Sənin sədaqətindən bəhs edər.+ 20  Ey Yehova, məni qurtar. Onda ömrümüz boyu Yehovanın evində+Telli alətlərin avazında nəğmələrimi oxuyarıq».+ 21  Sonra Əşiya dedi: «Əncir lavaşanası gətirin və çibanın üstünə qoyun ki, o sağalsın».+ 22  Hizqiyyə soruşmuşdu: «Yehovanın məbədinə gedəcəyimə əlamət nə olacaq?»+

Haşiyələr

Ehtimal ki, bu pilləkəndən günəş saatı kimi istifadə olunurdu.
İbr. şeol. Lüğətə bax.
Yehova adının qısa forması.
Hərfən: dirilər ölkəsində.
Digər variant: durnatək.
Yəni Allahın sözləri və işləri.
İbr. şeol. Lüğətə bax.