Əşiya 31:1—9
31 Kömək üçün Misirə gedən,+Atlara güvənən,+Cəng arabalarının sayına arxalanan,Güclü döyüş atlarına* bel bağlayan kəslərin vay halına!
Onlar İsrailin Müqəddəsinə tərəf baxmır,Yehovanı axtarmırlar.
2 O, hikmət sahibidir, bəla gətirər,Sözünü geri götürməz,O, şər iş görənlərin evinə qarşı,Bədəməlləri dəstəkləyənlərə qarşı qalxar.+
3 Axı misirlilər Allah deyil, fani insandır;Atları ruh deyil, cisimdir.+
Yehova əlini uzadandaKömək edən büdrəyəcək,Kömək alan yıxılacaq;İkisi də bir yerdə məhv olacaq.
4 Yehova mənə belə dedi:
«Ordular Allahı Yehova Sion dağı və onun təpəsi üçün vuruşmağa gələndə,Başına toplaşmış çobanların səsindən qorxmayan,Onların hay-küyü qarşısında geri çəkilməyən,Şikarının üstündə nərildəyən şir kimi, cavan, güclü şir kimi gələcək.
5 Ordular Allahı Yehova quştək şığıyıb gələcək, Yerusəlimi müdafiə edəcək.+
Onu qoruyub xilas edəcək.
Onu hifz edib qurtaracaq».
6 «Ey İsrail əhli, qudurğancasına asi çıxdığınız Kəsə tərəf qayıdın.+
7 Çünki o gün hər kəs öz əllərinin işi olan, gümüşdən, qızıldan düzəldilmiş puç allahlarını rədd edəcək.
8 Aşşurlu qılıncdan öləcək, amma insan qılıncından yox,Qılıncın ağzına düşəcək, amma insan qılıncının yox.+
Qılıncdan qaçacaq,Cavanları kölə ediləcək.
9 Qayası dəhşətdən yoxa çıxacaq,Əyanları bayrağı görəndə canlarına vəlvələ düşəcək».
Çırağı Sionda, ocağı Yerusəlimdə olan Yehova belə bəyan edir.
Haşiyələr
^ Yaxud süvarilərə.