Əşiya 28:1—29

  • Əfraim əyyaşlarının vay halına (1—6)

  • Kahin və peyğəmbərlər səndələyir (7—13)

  • Ölümlə bağlanmış əhd (14—22)

    • Sionda guşə daşı (16)

    • Yehovanın qeyri-adi işi (21)

  • Yehovanın verdiyi tərbiyə (23—29)

28  Vay halına, ey Əfraim+ əyyaşlarının təkəbbür tacı*,Ey şərab düşkünlərinin barlı dərəsinin başında olan,Onun füsunkar gözəlliyinin solan çiçəyi!   Budur, Yehova güclü-qüvvətli bir nəfəri göndərəcək. O, gurultuyla yağan dolu, dağıdıcı qasırğa kimi,Güclü tufan kimi,Onu zərblə yerə vuracaq.   Əfraim əyyaşlarının təkəbbür taclarıTapdaq altda qalacaq,+   Onun füsunkar gözəlliyinin solan çiçəyi də,Barlı dərənin başında olan çiçəyi,Yay gəlməmiş yetişən yelənciri kimi olacaq,Onu görən dərhal dərib yeyir.  O gün ordular Allahı Yehova xalqından sağ qalanlar üçün calal tacı, gözəllik çələngi olacaq.+  O, hakim kürsüsündə oturan üçün ədalət ruhu, hücumu darvaza ağzında dəf edənlər üçün güc mənbəyi olacaq.+   Bunlar da şərabın təsirindən yolunu azır,İçki onları səndələdir. Kahin də, peyğəmbər də içkidən yolunu azır,Şərab onların başını dumanlandırır,Onlar içkidən səndələyirlər. Aldıqları vəhylər onları azdırır,Mühakimələrində səbatsızdırlar.+   Süfrələri iyrənc qusuntu içindədir,Bir təmiz yer qalmayıb.   Bu adam kimi öyrədir? Xəbəri kimə anladır? Təzəcə süddən kəsilmiş,Döşdən ayrılmış uşağa? 10  «Əmr üstünə əmr, əmr üstünə əmr,Ölçü ipi+ üstünə ölçü ipi, ölçü ipi üstünə ölçü ipi,Bir az buradan, bir az oradan». 11  O, bu adamlarla kəkələyən adamlar vasitəsilə, yad dildə danışacaq.+ 12  O, bir dəfə onlara demişdi: «Bura dincəlmə yeridir. Qoy yorğunlar gəlib dincəlsin, bura təravət məkanıdır». Amma onlar eşitmək istəmədi.+ 13  Yehova onlara belə deyəcək: «Əmr üstünə əmr, əmr üstünə əmr,Ölçü ipi+ üstünə ölçü ipi, ölçü ipi üstünə ölçü ipi,Bir az buradan, bir az oradan». Belə ki, onlar yeriyəndəBüdrəyib arxası üstə yıxılsınlar,Əzilsinlər, tələyə düşsünlər, ələ keçsinlər.+ 14  İndi Yehovanın sözünü eşidin, ey lovğalar,Ey bu xalqın Yerusəlimdəki rəhbərləri, 15  Siz deyirsiniz: «Ölümlə əhd bağladıq,+Məzarla* saziş bağladıq*. Daşqın suları aşıb-daşandaBizə çata bilməyəcək,Çünki yalanı özümüzə sığınacaq etmişik,Yalanın arxasında gizlənmişik».+ 16  Buna görə Külli-İxtiyar Yehova belə deyir: «Mən Sionda təməl kimi sınanmış daş+ qoyuram,Möhkəm təməlin qiymətli guşə daşını.+ Ona iman gətirən təlaşa düşməyəcək.+ 17  Mən ədaləti ölçü ipi+,Salehliyi taraz edəcəyəm.+ Yalanlar sığınacağını dolu dağıdacaq,Pənah yerini sular basacaq. 18  Ölümlə bağladığınız əhd ləğv ediləcək,Məzarla* bağladığın saziş qüvvədə qalmayacaq.+ Daşqın suları daşıb gələndəSizi basıb əzəcək. 19  Hər dəfə gələndəSizi süpürüb aparacaq.+ Hər səhər gələcək,Gündüz gələcək, gecə gələcək. Yalnız vahimə onlara eşitdiklərini anladacaq*». 20  Yataq uzanmaq üçün qısa,Yorğan bürünmək üçün dardır. 21  Yehova Farisim dağındakı kimi qalxacaq,Gibyon yanındakı dərədə olduğu kimi coşacaq ki,+Öz əməlini, xariqəli əməlini,Öz işini, qeyri-adi işini həyata keçirsin.+ 22  Siz lağ etməyin,+Yoxsa buxovlarınız sıxılacaq. Çünki Külli-İxtiyar, ordular Allahı Yehovadan eşitdim ki,Bütün məmləkətə* məhv hökmü çıxarılıb.+ 23  Qulaq verin, səsimi dinləyin,Diqqətli olun, dediyimi eşidin. 24  Məgər səpin üçün şumlayan bütün günü şumlayır? Məgər durmadan torpağı əzib malalayır?+ 25  Torpağı hamarlayandan sonraQara zirə, cirə səpmir? Buğdanı, darını, arpanı — hərəsini öz yerində əkmir? Tirələrə pərinc+ əkmir? 26  Beləcə, Allahı onu düzgün yolla tərbiyə edir,Onu öyrədir.+ 27  Qara zirə taxıldöyənlə+,Cirə vəllə döyülmür. Bəli, qara zirə dəyənəklə,Cirə çubuqla döyülür. 28  Heç çörəklik taxılı əzib xırdalayırlar? Yox, onu fasiləsiz döymürlər.+ Atlara qoşulmuş taxıldöyənlə üstündən keçsələr də,Onu əzib xırdalamırlar.+ 29  Bu da ordular Allahı Yehovadandır,Onun amalı gözəldir,Hikməti böyükdür.+

Haşiyələr

Görünür, burada paytaxt Səməriyyə nəzərdə tutulur.
İbr. şeol. Lüğətə bax.
Digər variant: Məzarla vəhy hasil etdik.
İbr. şeol. Lüğətə bax.
Digər variant: onlar dərk edəndə dəhşətə gələcəklər.
Yaxud bütün dünyaya.